VƏHABİLƏRİN MÜSƏLMANLARA MƏHƏBBƏTİ
19-08-2016, 12:37
Vəhabilik 18-ci əsrdə Ərəbistanda yaranıb, onlar ancaq Quranın mətninə, sünnəyə əsaslanaraq heç bir təfsirə, peyqənbərlərə sitaiş edilməsini, peyqənbərin qəbrinə sitaiş və ya qəbrin ətrafına (başına) dolanmağa , onun ailə üzvlərinə and içməyi Allaha şirk (şərik) görür , bunu islam dininə zid hesab edirlər. Vəhabilik hərəkatı onun banisi Məhəmməd Əbdülvahabın(1787-ci il də ölüb) adından götürülmüşdür. Onlar sərabı, tütünü, çalğını, rəqsi ,oyunları və bədənə əziyyət verməyi (döymə və .s.)qadağan edirlər.
Təxminən 1740-cı il İbin Əbdülvahab və İbin Səud öz təlimlərini yaymağa başlamışlar.(Vəhabizmi) Özləri-özlərini sələfilər yəni Peyqənbərin davamçıları adlandırırlar,amma daha çox Xəlifə Osmanı, Öməri təqlid edirlər.Onlar Nəcddə kiççik bir dövlət yaratdılar, bununlada müsəlmanların bu günki müsübətləri, faciələri başladı. Onların ilk işi şiələrin müqəddəs yerlərini 1801-ci il də yağmalamaq oldu və xeyli qənimət ələ keçirtdilər. Bundan bir az sonra 1806-cı il də isə onlar Məkkə şəhərini ələ keçirdib ,məsçidləri və minbərləri dağıtdılar, yalnız kəbə evinə dəymədilər. Sonra peyqənbərin Mədinədəki qəbrini işğal edib, hətta bəzi mənbələrə görə onlar peyqənbərin qəbrini murdarlamaqdan belə çəkinmədilər. Özlərini həqiqi dindar, müsəlman kimi qələmə versələrdə əsil həqiqətdə bu adamlar Ərəb milliyətçiləridirlər,uzaq məqsədləri dövlət dili Ərəbcə olan vahid islam dövləti yaratmaqdan ibarətdir. Hər işdə bir nöqsan,günah , şirk axtaran və tapan bu adamlar Quranın ayələrini tamami ilə başqa mənada izzah edir, insan öldürməyə , özüdə başını kəsməklə haqq qazandırırlar. Sual olunur, necə olur ki, bizim dinimiz insanın özünü öldürməsini ən böyük günah hesab edir, bunu qəti qadağan etdiyi halda başqasının qoyun kimi başını kəsməyi vacib bilir.(bu gün Suruyada İraqda olduğu kimi) Heç bir Qurana , sünnəyə söykənməyən əsaslarla kişilərə uzun saqqal saxlamağı,şalvarın ətəyini gödəltməyi, guya təmizliyə və başqa dinlərdən seçilməyə görə, onda elədirsə əgər qoy, müsəlman qadınlar dadonlarının ətəyini təmizliyə görə sələfilərin şalvarları səviyyəsinə qaldırsınlar. Özləri də nə iş görsələr guya allah adına “görurlər” imkan düşən kimi özlərinnən olmayanları uşaqlı böyüklü qarət edir, kişiləri öldürür, qadınları əvvəl zorluyur, sonra da qul kimi satır və sonra da deyirlər ki. Bütün bunlar Allahın əmridi. Bəs harda qaldı, bütün ayələri “Bağışlayan və mehriban Allahın adı ilə” başlayan Allah kəlamı.
Quran ayəsi var , “Onun(Allahın) izni olmadan bir ağac yarpağı belə tərpənə bilməz.” Bunlar fkirləşmirlər ki, demək şiyələridə ,yezdiləridə (kürd), bütpərəstləridə Allah məsləhət bilib yaradıb,onlarında yaşamaq haqqı var.
Amma sələfilər (onları vəhabi adlandıranda xoşlamırlar) yuxarıda sadalanan naqis, insanlıqdan və islamdan kənar olan əməllərinə Allah əmiri kimi don geyindirməyə çalışırlar. Şiyələri ya Əli dediklərinə görə dinnən çıxmış, Allaha şərik qoşan , özlərini əsil müsəlman bilən bu adamlar xristiyanları, (erməniləri belə), hətta yevreyləri şiələrdən üstün tütürlar, onları kitab əhli hesab edir, əvəzində şiələri öldürməklə cənnətə gedəcəklərini təbliğ edirlər. Şiələrin və ya dinnən çıxmışların ,Allaha şərik qoşanların canını . malını ,arvad uşağını belə halal bilib, onların malları və canları ilə necə istəsən davrana bilərsən. Ey sələfi, bir əl saxla , Allahın adından məhkəmə qurmağı sizlərə kim icazə verib? Bəs onda harda qaldı , islamda halal- haram məsələsi, əsl müsəlman olan şəxs başqasının malına necə göz dikə bilər, hansı dinnən olur-olsun,Allahı tanıyıb –tanımamasından asılı olmayaraq, necə zina edə bilər?
Əsil həqiqətdə Vəhabilik yarandığı gündən ərəblərin milliyətçilik hislərini ün qızışdırdı, ərəblərdə özündən razılıq, başqa xalqlara yuxarıdan aşağı baxmaq meyləri baş qaldırdı və avropalılara qoşulub , nəhəng Osmanlı imperiyasını dağıtdılar. Bu gün müsəlmanların başına gələn faciələrin,bəlaların 80-90%-nin əsl səbəbkarları, Səud ailəsi, və birdə sələfilərdir.Müsəlmanlar yaşayan ölkələrə nəzər salaq, Əfqanıstan dövlət qurmaq mümkün deyil,ölkə daş dövründə yaşayır, Pakistan hər gün terror ,qan-qada, Somali ölkə bir neçə yerə parçalanıb, uzun illərdi ki, dövlət qurmaq mümkün deyil, insanlar əsasən də uşaqlar kütləvi şəkildə acınnan qırılırlar. Çadda Nigeriyada sələfilərin bir qolu olan “Boko haram”qruplaşmasının nələr törətdiyi bütün dünyaya məlumdur,onuda qeyd edim ki,adını sadaladığım dövlətlərdə şiələr çox azlıq təşkil edir,demək olar ki, yox dərəcəsindədir.
Ən pisi odur ki,xristiyan dünyasını bəyənməyən ,onları “Allahsız,dinsiz, əxlaqsız,pozğun, əyyaş” heç bir mənəvi dəyəri olmayan toplum adlandırırlar, sonrada Liviyada, Suriyada , İraqda müsəlmanları yaşamağa qoymur ,onları ev-eşiklərindən eliyir. Nəticədə milyonlarla insan “müsəlmanların dostları “ tərəfindən qaçqına çevrilir və sonda avropalıların qapısında arzu olunmaz şəxslərə çevrilirlər, avropalılar nə qədər də qapı-bacalarını bağlamağa çalışsalarda bizim müsəlman bacı qardaşlarımız hansı yolla olur olsun ora getməyə can atırlar. Hansı ki , yuxarıda adları çəkilən dövlətlər Ərəb dünyasının ən sakit,ən inkişaf etmiş olkələri idi.
Məzhəblər, təriqətlər arası dözümsüzlük bir-birinə amansız, kəskin münasibətlər başqa dinlərdə də olub, o cümlədən xristianlıqda belə hallar olub. Xüsusən də bu gün sələfilərin hərəkətlərinə görə biz müsəlmanları “Vəşhi” ,”terroris”adlandıran Avropadan da yan keçməyib. İlk növbədə İspaniyada müsəlmanları qovub ölkədən çıxardıqdan sonra kilsə məhkəmələri (inkvizisiya) yaradıb bidətçiləri (autodofe) tonqalda yandırmağa başladılar. Daha sonra Almaniyada Lüteranlara (Protestantlar) təqib etməyə başladılar,amma almanlar daha mədəni davranıb 30-40 ilin içində Protestantların etiqat azadlığını (1555-ci il) tanıdılar. İsveçrədə də Kalvinistlər onların əlehinə olan insanları amansız təqib edir, onları yəni dinnən çıxmışları tonqalda yandırırdılar.
İtaliyada isə Roma Papası özü səxsən belə bir məhkəmə yaradıb, özü nəzarət edirdi və bidətçiləri cəzalandırmaq üçün onları ağıla sığmaz işgəncələrlə , tonqalda yandırmaqla edam edirdilər. Dinnən çıxmışlara ən amansız münasibət isə Fransada olmuşdur, belə ki, 1572-ci ilin avqust ayında cəmi iki həftəyə 30 mindən çox Protestant xüsusi qəddarlıqla öldürülmüşdür.
Amma avropalılardan fərqli olaraq sələfilərin ucbatından məzhəb ayrı-seçkiliyi, bir-birinə qarşı nifrət müsəlmanlar arasında, daha kəskin xarakter alıb. Bu gun elə bir müsəlman ölkəsi yoxdur ki. Orada sələfilə(vəhabilər) müsəlmanların qanını axıtmasın, ev-eşiyindən didərgin etməsinlər.
Son olaraq onu bildirmək istəyirəm ki, kimin hansı dinə məzhəbə inanmasını özü bilər, Allahı bilər,Allahla bəndəsi arasında kiminsə vəkillik etməsinə heç kəsin ixtiyarı yoxdur.
Mobil Vəkiloğlu.