Rusiya, Türkiyə və İranın oxşar tarixi taleyi və böyük güclərin badalağı –Təhlil
27-08-2016, 13:22
Süleyman Seyfi Öğün
Yeni Safak (Türkiyə), 27.08.2016
Əlbəttə, 15v iyul hadisələri Türkiyəyə birbaşa zərbə vurub. Lakin hesab edirəm ki, onun təsiri bununla məhdudlaşmır. 15 iyulm günü son iyirmi beş il ərzində əzbərlənmiş ideyalardan çıxış edərək Aralıq dənizi hövzəsi, Yaxın Şərq və Avrasiyada xaos planını həyata keçirən hegemon dövlətlərin kürəsəl layihələrini dolayısı ilə alt-üst etdi. Və deməli, işlər həmişə və hər yerdə Şərqi Avropa, Balkanlar, Qafqaz və Yaxın Şərqdəki kimi getmir. Görürsünüzmü, “yekədiş” Rusiya və İranla yanaşı “yekədiş” Türkiyə meydana çıxıb. Hegemon dövlətlər üçün risk artıb. Onların Türkiyə, İran və Rusiya ilə ayrı-ayrılıqda məşğul olduğu vaxt bu üç qüvvənin bi anda birləşməyə başladığı mənzərə meydana çıxdı. Şübhə etmirəm ki, hegemonlar bu mənzərəni dağıtmaq üçün gələcəkdə taleyi daha çox sınağa çəkəcək. Bu nəyə gətirib çıxardacaq, bilmirik. Yaşayarıq, görərik.
Əslində, Rusiya, İran və Türkiyənin birləşməyi bəzi tarixi analogiya və çalarlar haqda düşünməyə məcbur edir. Bu mənzərədən potensial olaraq nə meydana çıxa bilər və o nə qədər çəkə bilər?
Tarixi təcrübə göstərir ki, Marksın konsepsiyasına əsasən, “kapital” anlayışı təkcə əməyin əməklə kapital bölgüsü arasında deyil, lakin həm də dərindən və miqyaslı yanaşılsa, əməyin “mərkəz”də, “yarımmərkəz”də və periferiyada yerləşən dövlət-millətlər arasında qeyri-bərabər bölgüsü ilə möhkəm bağlıdır. Hegemon hakimiyyətin digər sferalar üzərində “mərkəzi sferası”nın qurulması onların inkişaf silsiləsi üçün ekzistensial məna kəsb edir. Biz bilirik ki, bu, “geopolitik”, “geomədəni” və “geostrateji” özüllü üçayaqlıdır. Mərkəzi hegemon qüvvələrin layihə və niyyətləri periferiyaya yaxın yerləşən bölgələrin ənənəvi dövriliyini pozan cürbəcür süni qurumları nəzərdə tutur. Burada əsas stimullardan biri “hissələrə xırdalamaq, olanı hissə-hissə bölmək” və “olmayanı” yaratmaqdır. Avrasiya adlı bölgənin qismətinə məhz bu da düşüb. Bu barədə olduqca dolğun təsəvvürü Avrasiyada tarixən ən böyük əraziyə sahib olmuş və bu bölgənin yerində qırxdan çox yeni siyasi qurumların meydana çıxdığı Osmanlı impeiyasının ləğvi verir. Bizə məlumdur ki, “vətən”, “millət”, “dövlət” üçlüyü bu yeni quruluşun komponentlərini təmsil edir. Bir qayda olaraq burada diqqət yetirilməyən məqam bu tərkib hissələrin arasındakı nəticələrin münasibətidir. Məsələn, İraq və İordaniyanın qurulması prosesinə diqqət yetirək. Burada istifadə olunmuş formatın özülünə “coğrafiya” qoyulub. Mərkəzi yer tutan “coğrafiya” “xalqlar” tərəfindən süni şəkildə birləşdirilib. Eyni zamanda bu bölgələrdə istitusional boşluqları “partokratiyalar” doldurub. Nəticədə nəzəri baxımdan “coğrafiya – millət – dövlət” kimi görünməli olan bu komponentlər arasındakı nəticələr münasibəti praktikada “coğrafiya – tabe icmalar – birpartiyalı rejimlər” görkəmində həyata keçirilib.
Coğrafiyaya bənd edilmiş milli quruculuq, məsələn, Amerikadakı kimi effektli iqtisadi inteqrasiyaya söykənməsə, son dərəcvə kövrək və zəif olur. Bundan başqa, coğrafiyanın müəyyən etdiyi milli quruculuq həmişə məğlubiyyətə düçar olur; ictimai münasibətlərin bütün palitrasını etnik və ya ənənəvi dini əlaqələr məhdudlaşdırır. Dövlət saydığımız strukturlar isə avtoritar partiyalar kimi fəaliyyət göstərir. İran da ilk baxışdan bu cür görünə bilər. İran – coğrafi addır. “İranlılıq” isə coğrafiyadan qaynaqlanan eyniyyət kimi görünür. Lakin İranı yuxarıda göstərdiyimiz kateqoriyaya daxil etmək və onu, məsələn, İordaniya və ya İraqla bir sırada nəzərdən keçirmək son dərəcə yanlışdır. Bu gün gördüyümüz İran qədim tarixə, müasirləşdirilmiş “farslığa” (İslamı birinci qəbul etmiş Salman əl-Farsinin təliminə ardıcıl olmaq-tərc.) söykənir. Bu isə hər şeydən əvvəl hər şeyin əhatə edən hansısa institusional (İran dövləti) və “mədəni” (fars dili və şiəlik ehkamının birləşdirici effekti) konstantları nümayiş etdirir. Buna görə də üç komponenetinn nəticə münasibəti bu cürdür: dövlət – millət – coğrafiya.
Daha bir Avrasiya dövləti kimi Rusiya da İranla oxşarlıq sərgiləyir. Böyük Moskva knyazlığından Rusiya imperiyasınadək, Ryurikoviçlərdən Romanovlara və hətta Sovet ittifaqından Rusiyaya qədər qədər cərəyan edən tarixi proseslər müasir dövlətin effektli quruculuğunu nümayiş etdirir. İmperiya Böyük Pyotrun nəhəng addımları sayəsində öz ərazisini daim artırıb, sonradan slavyanlıq və pravoslavlıq əsasında milli quruculuq aparıb. (Stalinin Pyotra analoq kimi nəzərdən keçirilməsini şişirtmə saymağına dəyməz.) Nəticələr münasibəti burada da aşkardır: dövlət – millət – coğrafiya. Rusiya ilə İran arasındakı fərq əsasən coğrafiyadan ibarətdir. İran ərazisi nə artır, nə də kiçilir. Lakin Rusiyanın coğrafiyası son dərəcə geniş və onu əhatə edən ərazilərdək hərəkətlidir. Bu coğrafiya mərkəzi hegemon qüvvələr üçün olduqca problematik olub və faktiki olaraq möhkəm qoza dönüb. Heyrətlə görürük ki, Rusiyanın Asiyaya təsiri hər dəfə aradan qaldırıldıqdan sonra bu və ya digər formada yenidən qüvvətlənir.
Osmanlı imperiyasının çöküşü kifayət qədər sadə şəkildə baş verib. Duruş gətirmiş son istehkam olan Türkiyədə İran və Rusiyadakına bənzər struktur biçimlənib. Tənzimatdan başlanmış Türkiyə modernləşməsi təməlcə institusional yönlü idi. Respublika bu prosesi davam etdirib; türk milləti tədricən bu struktura inteqrasiya olunub. Lakin elə görünür ki, Türkiyə Milli pakt çərçivəsində (Türkiyə parlamentinin 1920-ci il yanvarın 20-də Türkiyənin ərazi mülkləri haqda qəbul etdiyi sənəd. Yeri gəlmişkən, bu sənədə əsasən, vaxtilə Osmanlı imperiyasının Yaxın Şərqdə sahib oluğu ərazilər Türkiyə ərazisi sayılır və çağdaş Türkiyənin İraq və Suriyaya münasibətdə ədalı davranışı məhz bu paktdan qaynaqlanır-tərc.) coğrafiyanı ön plana sürür. Bu, yalnız dövlətin coğrafiyasının müəyyən edilməsidir və coğrafiyadan asılı olmadan dövlət yaratmaq deyil. Bu məqamda problem İrandakı sünni azlıqdansa burada ələvi azlığn mövcudluğundadır. Bu isə ehkamçılıq baxımından “slavyanlıq-pravoslavlıq” və yaxud “farslıq-şiəlik” kimi türklük-sünnilik əsasında milli quruculuğu çətinləşdirib (lakin bu proses praktikada gizlincə gedir). Ciddi prinsiplərə uyğun olaraq çağdaş Türkiyənin dünyəvilik və layiqlik əsasında səfərbər edilməsini də bu baxımdan anlamaq lazımdır. Davamı var…
Tərcümə Strateq.az-ındır.