AVTOXULİQANLAR SAXLANILDI

16-11-2018, 16:39           
AVTOXULİQANLAR SAXLANILDI
Teref.az - Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində idarə etdikləri avtomobillərlə avtoxuliqanlıq hərəkətləri edən Zaur İsmayılzadə və Müslüm Hüseynov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, noyabrın 16-da gecə saatlarında onlar idarə etdikləri 10 DP 123 və 10 GB 123 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobillərə mərkəzi küçələrdə davamlı olaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ediblər. Yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq ediblər. Digər hərəkət iştirakçılarının da həyatına ciddi təhlükə yaradan sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb, barələrində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru