Yanvarın 31-də gözlənilən hava şəraiti

30-01-2021, 16:35           
Yanvarın 31-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə yanvarın 31-də Bakıda və

Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4 dərəcə isti, gündüz 8-11, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Yanvarın 31-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 31-də Abşeron yarımadasında cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru