Xızı sakinindən narkotik götürülüb

30-01-2021, 17:45           
Xızı sakinindən narkotik götürülüb
Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Sitalçay kənd sakini Oqtay Nəcəfov kənd ərazisində saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, O.Nəcəfovdan sellofan torbada təmiz çəkisi 490 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı O.Nəcəfov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru