Ləyaqətli və şərəfli yaşayın

26-10-2017, 13:24           
Ləyaqətli və şərəfli yaşayın
Azərbaycanın iqtisadi və siyasi uğurları artdıqca onu istəyənlər çox sevinir və bu uğurların artmasına daha ürəkdən çalışırlar.
Bir oxucu və bir Gəncəli kimi mən və mənim həmyaşıdlarım, tanıdığım ziyalı şəxslər ölkə rəhbərliyinin və onun komandasının gərgin əməyini bütün istiqamətlərdə yüksək qiymətləndirir və həmişə ona dəstək verməyə hazırıq.
Lakin bir sıra saytlarda insanları çaşdırmaq və kimlərəsə ləkə vurmaq üçün dərc olunan yazılar təəssüf və onun müəlliflərinə ikrah hissi doğurur. Bu bizə ötən əsrin 37-ci illərini xatırladır. Nə qədər ağıllı və savadlı ziyalılarımızı naşı və uzaqgörən olmayan insanlar ləkələdilər və onların məhvinə nail oldular. Hamımız yaxşı bilirik ki, onları həm Moskvadan (indiki xaricdən) Ermənistandan və həm də onların əlaltıları daxildən idarə edirdilər!
Sizi çox yormayacağam! Bir sıra saytlarda hörmətli ziyalımızın Gəncə kənd təsərrüfatı akademiyasının keçmiş rektoru prof M.Sadıqov haqqında həqiqətən tamami ilə uzaq olan yazılar oxuduq. Mən də bu akademiyada 30 ildən çox çalışmışam. Onun necə dağıldığının, bərbad vəziyyətə düşdüyünü bütün Gəncəlilər kimi bizdə görmüşük. Təhsil adına biabırçılıq gətirən acınacaqlı bir mənzərə var idi.
Çox yaxşı ki, c-b prezident 2008-ci ilin noyabr ayında ora prof M.Sadıqovun yeni rektor təyin etdi. Onun necə çalışdığı və tamami ilə yeni bir məzmunda, maddi texniki bazada gözəl bir universitet yaratdı.O, Universitetə mənəvi təmiz yeni bir mühit və beynəlxalq imic gətirdi.
Mən və bütün universitet əməkdaşları çox yaxşı bilirdik ki, kim hansı partiyaya 2000-ci illərin əvvəlinə qədər xidmət etmişdi. Surətçiləri, R.Quliyevçiləri, Mütəllimovçuları biz çox yaxşı tanıyırıq.
Hamıya məlumdur ki, 2008-ci ildə artıq yuxarıda qeyd etdiyim hərakatların heç biri yox H.Əliyev ideyasının qalibiyyəti, təntənəsi qeyd edilirdi. Məqalədə qeyd olunan Elman Mövsümov, onunla birlikdə indiki Rektor İbrahim Cəfərov (özü də R.Quliyevin yerlisi və həm kəndçisi) Arif Hüseynov (aqrar universitetdə indi ən böyük söz sahibi) indi aqrar universitetin ictimaiyyətlə əlaqələr şöbəsinə baxan qatı R.Quliyevçi, Qalib Rəhimov həqiqətən olublar. Bunların fəaliyyətlərinin doğrudan da şahidi olmuşuq. 2001-2003-cü illərin işinə görə 2008-ci ildə Gəncəyə gəlmiş yeni rektor nə qədər məsuliyyət daşıyır? Hansı ki, bu adamlar hamısı sonradan 2004-2005-ci illərdə YAP-nın sıralarına daxil olmuş və guya ki, özlərini reabilitasiya etmişlər. Məgər tək Elman Mövsümov olub, bəs indiki rektor İ.Cəfərov, A.Hüseynov və başqaları haqqında bir kəlmə də yazmırlar!
Görünür bu məqalə sifarişlidir! Qərəzlidir! Hər halda insani keyfiyyətlərin unudulduğu burada aydın görünür!
Bizim keçmiş rektorumuz Mirdaməd Sadıqov ən qatı müxalifətçiləri belə YAP daxil olmasına nail oldu. Onların əqidəsini Dövlətçiliyə, ulu öndərin ideyalarının təbliğinə yönəltdi.
Universitetdə və Gəncə şəhərində H.Əliyevin ideyalarını təbliğ edən “H.Əliyev məktəbi” yaratdı. Gəncədə bu sahədə xüsusi nüfuz qazandı.Bunun da nəticəsi olaraq Möhtərəm cənab Prezidentimiz ona daha böyük etimad göstərdi.
Əziz KİV-nin üzvləri gəlin ziyalılarımızın qədrini bilək. Şər və böhtan atmaq heç vaxt və heç zaman şərəf gətirməyib.

Akif Rəhimov,
Veteran jurnalist
Jurnalistlər İttifaqının üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.