İsveçrə səfiri İsmayıllıda

1-11-2017, 05:27           
İsveçrə səfiri İsmayıllıda
Okryabrın 31-də İsveçrənin Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Filipp Ştalder İsmayıllı rayonunda səfərdə olub.
Səfir rayon icra hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov tərəfindən qarşılanıb və ona rayonun sosial-iqtisadi inkişafı və aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Rəsmi qarşılanmadan sonra səfir rayonun bir sıra istehsal müəssisələri ilə tanış olub. Tikiş fabriki, “Xoşbəxt xalça”MMC, yeni tikilən xalça fabriki, “İSMA-Bikes” velosiped zavodu ilə tanışlıq rayonun bu günü və gələcək potensialı haqqında qonaqda zəngin təəssürat yaradıb.
F.Ştalder İvanovka kəndinə və Hacıhətəmli İƏD-də yerləşən “Şota Monolit” istirahət mərkəzinə səfərlə İsmayıllıdakı görüşünü başa çatdırıb. Görüşləri zamanı səfirlə xatirə şəkilləri çəkilib.





















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru