Səbaildə Bayraq gününə həsr olunmuş silsilə tədbirlər keçirilir

6-11-2017, 17:30           

teref.az - Dövlət Bayrağı günü münasibəti ilə Səbail rayonunda silsilə tədbirlərin keçirilməsinə start verilmişdir. Bu tədbirlərdə RİH, bələdiyyələr, veteranlar, gənclər, ictimaiyyət nümayəndələri, rayondaki hərbi hissələrin şəxsi heyəti iştirak edirlər.
Dövlət Bayrağı gününə həsr olunmuş ilk tədbir elə Dövlət Bayrağı Meydanına ən yaxın ərazidə yerləşən 49 №-li “İntellekt” lisey-məktəbdə təskil olunmuş «Bayrağımız – qürur mənbəyimizdir» adlı ədəbi-bədii tədbir olmuşdur. Tədbirin əvvəlində qonaqlar məktəbin foyesində siniflərin Bayraq günü münasıbəti ilə hazırladıqları divar qəzetləri, şagiqdlərin çəkdiyi bayrağımıza həsr olunmuş rəsmlərlə ranış oldular.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlamışdır.
49 №-li Lisey-məktəbin direktoru, əməkdar müəllim Təhminə Əsədova tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verdi. Qeyd olundu ki, Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mücadilələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir.
Çıxış edən Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatı şöbə müdiri müavini İsrafil Kərimov bildirmişdir ki, rayonda ilk tədbirin məhz bu məktəbdə keçirilməsi bu təhsil ocağının əzəmətli Dövlət Bayrağı Meydanına ən yaxın ərazidə yerləşməsidir. Hər bir məktəbli belə bir məktəbdə oxumasından qurur duymalıdır.
Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur. Onu başı üzərində uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur.
Məhz Ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində üç rəngli, ay ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmiş, daha sonra isə Azərbaycan Respublikası Ali Soveti 5 fevral 1991-ci ildə üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
“İnnovativ təşəbbüslər: sosial və iqtisadi inkişafa yardım” İctimai Birliyinin sədri Əşrəf Əhmədov müəllifi olduğu “Azərbaycan Bayrağı” kitabını şagirdlərə təqdim etdi, tədbirdə çıxış edən Azərbaycan Respublikası Ehtiyatda olan Zabitlər Konfederasdiyası İB-nin sədri, general-mayor Məhəmmədhüseyn Sarıyev, İB-in Səbail Rayon Təşkilatının sədri, polkovnik Xətai Baxışov, İB-in sədr müavini, polkovnik Həsən Əmirov və başqaları bildirdilər ki, babalarımız milli və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.
Tədbirlə məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şer, mahnı və ədəbi kompozisiyalar səslənmiş, onların çıxışları zala toplaşanların alqışları ilə qarşılanmış və tədbir iştirakçılarında xoş təəssüratlar yaratmışdır.


Səbaildə Bayraq gününə həsr olunmuş silsilə tədbirlər keçirilir
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.