İsmayıllıda Bayraq Gününə həsr olunmuş tədbir

7-11-2017, 00:37           
İsmayıllıda Bayraq Gününə həsr olunmuş tədbir
6 noyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə, şəhər 6 nömrəli tam orta məktəbinin şagirdləri 9 Noyabr - Bayraq Gününə həsr olunmuş kompozisiya nümayişi etdirib. Kompozisiyada Dövlət Bayrağına hörmət və məhəbbət hissləri, “Bir dəfə yüksələn bayrağın bir daha enməyəcəyi”, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğu ifadə olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH başçısının müavini Sevil Əhmədova, RTŞ-nin müdiri Rasim Orucov, məktəb direktorları və məktəblilər iştirak ediblər. Sonda RİH başçısı Mirdaməd Sadıqov Dövlət rəmzlərinin önəmi və müqəddəsliyi barədə danışıb, tədbirin təşkilatçılarına və şagirdlərə razılığını bildirib.
Qeyd edək ki, tədbirdən sonra rayon məktəbliləri arasında “Dalğalan, dalğalan mənim bayrağım” mövzusunda inşa yazı müsabiqəsi də keçirilib.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru