Eldar Əzizov müşavirə keçirdi
7-11-2017, 10:16
teref.az - Səbail Rayon İcra Hakimiyyətində rayonun təsərrüfat xidmətləri, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və MKİS-lərin, qəsəbə və ərazi nümayəndəlikləri, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavırə keçirilmişdir.
Müşavirəni aparan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən son illər ərzində rayonda xeyli işlər görülmüş və bir sıra layihələr həyata keçirilmişdir. Bilik günü ərəfəsində əsaslı təmir-yenidənqurulma işləri aparılmış 162 və 239 №-li orta məktəblərin istifadəyə verilməsi, keçən həftə 20-ci sahədə paytaxtımız üçün yeni olan müasir İdman və istirahət parkının açılışını qeyd etmək olar. Hazırda Bayılda 157 №-li uşaq bağçası sökülərək yenidən tikilir, bu ay Abbasqulu Abbaszadə küçəsində böyük bir məhəllənin əsaslı təmirinə başlanılır. Gələn il daha bir təhsil müəssisəsi əsaslı təmir olunacaqdır.
Bütün bu işlər sakinlərmiz tərəfindən böyük rəğbətlə qarşılanır.
Eyni zamanda rayonda baş verən neqativ hallar, o cümlədən qanunsuz torpaq zəbti və burada tikinti işlərinin aparılması halları kəskin şəkildə azaldılmış və demək olar ki, tam dayandırılmışdır.
Lakin buna baxmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi işbazlar tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları da aşkarlanmışdır. Bakı Şəhər Prokurorluğunun apardığı araşdırmalarda bu işbazların bəzi dövlət qurumları nümayəndələri ilə əlbir olaraq saxta sənədlər əsasında torpaq satışına cəhd etməsi müəyyən olunub və hazırda araşdırmalar davam edir.
Bununla bağlı RİH başçısı tərəfindən rayonun aidiyyəti qurumlarına bu istiqamətdə işlərin və əraziyə nəzarətin gücləndirilməsi ciddi surətdə tapşırılıb, işində nöqsanlara yol vermiş vəzifəlı şəxşlərə ciddi xəbərdarlıq olunub.
RİH-nə bu qanunsuz əməllərin icraçıları və onların havadarlarının adları məlumdur və yaxın günlərdə məlumat ictimaiyyətə çatdırılacaqdır.
Müşavirədə həmçinin ərazinin sanitar təmizliyi, payız-qış mövsümünə hazırlıq və c. məsələlər müzakirə edilib.