Bakı Atatürk Liseyində Bayraq Günü qeyd edilib – FOTOLAR

9-11-2017, 10:05           

Paytaxtın bütün təhsil müəssisələrində olduğu kimi Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində 9 Noyabr-Dövlət Bayrağı Günü qeyd edilib.
Bakı Atatürk Liseyində Bayraq Günü qeyd edilib – FOTOLAR
Turkustan.info-nun xəbərinə görə, Liseyin müəllim və şagird kollektivinin iştirakı ilə baş tutan mərasimə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səslənməsi ilə start verilib. Sonra təhsil müəssisəsinin tarix müəllimi Elmar Həsənov geniş məruzə ilə çıxış edib.

Elmar Həsənov Azərbaycan bayrağının tarixi, keçmişdən bu günə qədər olan bayraqlarımız barədə iştirakçıları geniş və ətraflı şəkildə məlumatlandırıb. Elmar Həsənov bu günkü üçrəngli bayrağımızın tarixinin Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxdığını bildirib.

Sonra liseyin şagirdlərinin Bayraq Günü ilə bağlı hazırladıqları şerlər və musiqilər səsləndirilib.

Sonda tarixin müxtəlif dövrlərini əhatə edən bayraqlar səhnəni bəzəyib və bu iştirakçılarda xoş təəssürat yaradıb. Bakı Atatürk Liseyində Bayraq Günü qeyd edilib-












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru