Səbailli məktəblilər tur aksiyada iştirak edir
16-11-2017, 16:53
teref.az - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan «Ölkəmizi tanıyaq» maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonunun təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 nəfər məktəblisi Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola salınıblar.
Əvvəlcə iştirakçılar RİH-də Ümummilli Liderin büstü önünə tər güllər düzüb, dahi rəhbərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səbail Rayon İcra hakimiyyəti başçısının müavini Abit Əliyev iştirakçıları, onların valideynlərini, orta məktəblərin və rayon ictimaiyyətinin nümayəndələrini salamlayaraq tur aksiya iştirakçılarına yaxşı yol arzuladı.
Bildirildi ki, tur-aksiya iştirakçıları dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Xan bağı, “İmamzadə” kompleksi, Nizami Gəncəvinin məqbərəsi və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Alman kirxasına baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər. Onlar həm də səfər çərçivəsində təşkil olunacaq intellektual oyunlarda və “İDEA” İctimai Birliyi xətti ilə keçiriləcək ağacəkmə kompaniyalarında iştirak edəcəklər.
Məktəblilər RİH-nin binası önündə xatirə şəkili çəkdirdilər, havaya rəngbərəng şarlar buraxıldı.
Yekunda Səbailli məktəblilər QYP-nin müşayəti ilə xüsusi olaraq onlar üçün ayrılmış avtobusla Gəncəyə yola düşdülər.