Əli Həsənov bir ölkədə neçə vəzifə icra edə bilər ki? - FOTOLAR
19-11-2017, 00:17
Əli Həsənov bir ölkədə neçə vəzifə icra edə bilər ki? - FOTOLAR
Bu gün ictimai həyatımızda baş verən hər cür sosial-iqtisadi, siyasi əhəmiyyət kəsb edən məsələ və problemlərin varlığı, bir media nümayəndəsi olaraq bizim də diqqətimizdən kənarda qalmır. Düzdür, KİV nümayəndəsi olaraq baş verən yenilikləri, əldə olunan uğurları, ümumilli maraqlarımıza cavab verən bütün addımları alqışlayır, cəmiyyətimizə hansısa formada xələl gətirən, yaxudda xələl gətirə biləcək hər cür neqativ amillərə qarşı mübarizə aparmağı isə agentliyimizin fəaliyyətinin əsas strategiyası hesab etmişik. Agentlik olaraq, daha çox Azərbaycan gənclərinin sağlam ruhda tərbiyyə olunmaları, formalaşmaları, elmə təhsilə mükəmməl yiyələnmələri və sairə yöndə, gənclər arasında daim maarifləndirmə işləri aparırıq və bunu özümüz üçün borc bilirik. Istəyirik ki, bu gün gənclərimizi hər cür neqativ amillərdən, o cümlədən narkomaniyaya meyilli olmaqdan çəkindirək, onlara gələcək həyatlarının sağlamlığını təmin etməyin izahlı yollarını başa salaq. Düzdür, bu gün belə bir problemin varlığı ümumi ictimai həyatımız üçün təhlükəli amillərin əmələ gəlməsinədə səbəb olur. Təəssüf doğuran hal isə ondan ibarətdir ki, gənclərimizin narkomaniyaya meyilli olmalarında paytaxt Bakı şəhərində və ətraf ərazilərdə fəaliyyət göstərən apteklərində xüsusi rolu var. Yəni, həmin apteklərin bəzilərində narkotik tərkibli dərman preparatları heç bir həkim resepti olmadan açıq-aşkar şəkildə satılır və atılan addımların qarşılığında isə, gənclər daha çox narkomaniyaya yuvarlanır. Bakupress Milli İnformasiya Agentliyi olaraq məsələni gündəmə gətirdikdən sonra, hüquq-mühafizə orqanları müəyyən addımları atdılar. Sözsüz ki, bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli olur ki, hal-hazırda bir çox yüksək çinli vəzifə sahiblərinin narkotik tərkibli dərman preparatlarının satışı ilə məşğul olan aptekləri dolayı yollarla himayə etmələri, məhz belə bir vəziyyətin əmələ gəlməsinə səbəb olan əsas amillərdir. Bu cür halların varlığı da, ümumilikdə cəmiyyətimizi məhvə sürükləyir.
Odur ki, Bakupress Milli İnformasiya Agentliyi olaraq cəmiyyətimizi eybəcərləşdirən belə bir hallara qarşı sistemli mübarizə aparmağı, maarifləndirici tədbirlərini davam etdirməyi qarşısına məqsəd qoyub. 17 Noyabr 2017-ci il tarixdə saat 15:00-da Beynəlxalq Mətbuat Mərkəzinin “Dəyirmi Zalı”nda “Ağ ölümün qara fəsadları və cəmiyyətdə fırıldaqçı mollalara qarşı ictimayyətin və mətbuatın etirazı” layihəsi çərçivəsində 2-ci mətbuat konfransını keçirdi. Təəssüflə qeyd edək ki, keçirdiyimiz hər iki tədbirdə aidiyyəti üzrə dövlət qurumlarına rəsmi məktub göndərməyimizə baxmayaraq, həmin qurumların səlahiyyət verdiyi şəxslər tədbirdə iştirak edib, yaşanan problemlərlə bağlı mövqelərini ifadə etməkdən boyun qaçırdılar. Bir başa aidiyyəti olan dövlət qurumlarına :
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənova
Azərbaycan Respublikası Prezident Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova
Daxili İşlər naziri cənab Ramil Usubova
Baş prokuror cənab Zakir Qaralova
BŞBPİ rəisi cənab Mirqafar Seyidova
Səhiyyə naziri cənab Oqtay Şirəliyevə
Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri cənab Mübariz Qurbanlıya ,
Rəsmi müraciət olunsada, heç bir nümayəndə iştirak etmədi.
Bakupress Milli İnformasiya Agentliyinin təşkil etdiyi konfransda media, QHT və ictimayyətin digər nümayəndələri birlikdə sözügedən problemlər haqqında müxtəlif müzakirələr aparıldı.Bakı sakinləri arasında mövzu ilə əlaqədar aparılan videosorğu iştirakçılara təqdim olundu.Sorğuda iştirak edənlər bu cür apteklərlə rastlaşdıqlarını və şikayət etsələrdə şikayətlərinə baxmadıqlarını vurğuladılar.Hamılıqla bu bəlaya qarşı mübarizə aparmağı qeyd etdilər.
Tədbirdə zərəçəkmiş bir ana Bakıda yerləşən psixotrop dərmanların reseptsiz satışı ilə məşğul olan apteklərin adını bildirmiş və hüquq mühafizə orqanlarına şikayət etdiyini bildirsədə, nəticə görmədiyini vurğuladı. Xüsusən Bakı Şəhər Nəsimi rayonu, Asif Məhərrəmli küçəsi “Şamaxinka” adnlanan ərazidə yerləşən aptekdə isə açıq- aşkar biyabırçılıq olduğunu vurğuladı. Həmin aptekin qarşısında böyük bir izdihamı hər bir kəs görə bilər. Dəfələrlə adı çəkilən aptek haqqında mətbuatda işıqlansada, hüquq-mühafizə orqanlarına müraciət olunsada heç bir tədbir görülmür.
Daha sonra tədbirdə iştirak edən jurnalist Ramilə Sultanlı qeyd etdi ki, narkotikdən əziyyət çəkən bir gəncə kömək etmək istəsə də psixotrop dərmanlardan ayıra bilmədi. Ən dəhşətlisi də o idi ki, əsgəri xidmətə yola düşən həmin gənc xidmət etdiyi hərbi hissədə həmin dərmanları qəbul edirdi və ətrafında digər əsgərləri də buna cəlb edirdi. Maraqlısı da o idi ki, görəsən hərbi hissədə əsgərlərə niyə nəzarət olunmur? Onlar bu dərmanlardan orada da rahat istifafadə edə bilirlər. Vətəni bu vəziyyətdə olan əsgər necə qoruya bilər?
Tədbirdə Şəfəq Ağacan qeyd etdi ki,”Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov komissaya rəhbərlik etdiyi vaxtdan apteklərdə bu cür neqativ hallar daha çoxalıb.Məsələni mətbuat olaraq biz gündəmə gətirdikdən sonra apteklərə nəzarət Əli Həsənovun səlahiyyətindən alınaraq yenidən Səhiyyə nazirliyinin öhdəliyinə verildi.Ümid edək ki,nəsə dəyişəcək.Amma heç bunada ümidimiz yoxdur çünki səhiyyəmizdə kifayət qədər neqativ hallar olmağına baxmayaraq, keçrilən tədbirlərə və mətbuatın suallarına səhiyyə nazirliyi daim laqeyd yanaşır.Bugünki tədbirlə bağlı səhiyyə nazirliyinin mətbuat xidməti heç telefon zənglərimizə cavab vermədi.Əli Həsənov bir ölkədə neçə vəzifə icra edə bilər ki? Məlumdur ki,bu cür apteklərdən gələn gəlirlər bir başa Əli Həsənov və digərlərinin cibinə gedir.Gələcəyimiz onlar üçün maraqlı deyil.Amma Əli Həsənovun nəvəsi bir insanı maşınla vurub öldürdü ona görə bütün qanunlar dəyişdirildi.Bizim gözəl dövlət başçımız var, bu cür insanlar sanki bilərəkdən prezidentimizin apardığı işlərə ləkə vurmaq istəyirlər.Möhtərəm Prezidentimiz media nümayəndələrini özünün köməkçiləri adlandırıb .Bizdə prezidentimizə kömək edərək bu cür neqativ halları gündəmə gətirməyi özümüzə borc bilirik.”
Mövzu diqqətimizdədir, konfransın videomaterialı redaksiyamızda hazırlanır, bizi izləyin.
Tədbirdən olan fotoları Sizə təqdim edirik: