Ana Vətən Partiyası bəyanat yaydı - BƏYANAT

21-11-2017, 16:58           
Ana Vətən Partiyası bəyanat yaydı - BƏYANAT
B Ə Y A N A T I

Ana Vətən Partiyası “Avropanın siyasi mərkəzi olan Brüssel şəhərində Azərbaycanın təşkilatçılığı ilə keçirilən və sabiq dövlət və hökumət başçıları, parlament üzvləri, ekspertlər, siyasi və ictimai xadimlərin iştirak etdiyi “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" Beynəlxalq Forumunu zamanında və dəqiqliklə atılmış kimi dəyərləndirir. Multikulturalizmin son dərəcə mühüm əhəmiyyət kəsb etdiyi müasir dövrdə müşahidə olunan münaqişələrin böyük əksəriyyəti məhz milli separatizm ideyalarının nəticəsi kimi meydana çıxmış, nəticədə minlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar öldürülmüş, insanlar girov götürülmüş, kənd və qəsəbələr dağıdılmış və milyonlarla qaçqın ordusu yaranmışdır.

Təəssüf ki dünyada baş vermiş separat hərakatlar ölkəmizdən də yan keçməmiş, torpaqlarımızın beşdə bir hissəsi işğal olunmuş, minlərlə soydaşımız qətlə yetirilmiş, kənd və şəhərlərimiz dağıdılmış, milyona yaxın vətəndaşımız dogma yurdlarından qaçqın düşmüşdür. Bununla da dövlətimizin ərazi bütövlüyü pozulmuş, xalqların birgəyaşayışına inam sarsılmış, yaşadığımız regionda sülhə, sabitliyiə və təhlükəsizliyə təhdid yaranmışdır.

Ana Vətən Partiyası dünyada sülhün və əmin-amanlığın təmin olunması məqsədilə 31 ölkənin nümayəndəsinin daxil olduğu “Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyir və əminik ki, təşkilat dövlətlərin, xalqların, millətlərin hüquqlarına hörmətlə yanaşacaq, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipini qəbul edərək millətlərin sabitlik və təhlükəsizlik şəraitində yaşaması üçün əlindən gələni əsirgəməyəcəkdir.

Ana Vətən Partiyasının

Mərkəzi Şurası

21 noyabr 2017-ci il












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.