Liviyada terror aktı nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb
30-03-2018, 08:45
Liviyada terror aktı törədilib.
"Report" xəbər verir ki, bu barədə "Əl-Vətən" qəzeti yerli təhlükəsizlik qüvvələrinin nümayəndəsinə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Benqazidən 100 kilometr məsafədə, Əjdabiyə şəhərində qeydə alınıb. Minalanmış avtomobilin partladılması nəticəsində 8 nəfər həlak olub.
Həkimlər hadisə zamanı daha 11 nəfərin yaralandığını xəbər verib. Onların hamısı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.