Rusiya Azərbaycanın axtarışa verdiyi German Sterliqovu azad edib
1-09-2015, 21:11
Rusiya separatçı Dağlıq Qarabağ regionunda biznes fəaliyyəti ilə bağlı Azərbaycanda axtarışda olan yerli biznesmeni azad edib, Rusiya dövlət TASS xəbər agentliyi avqustun 31-də məlumat yayıb.
German Sterliqov avqustun 31-də, Ermənistanın paytaxtı Yerevandan qayıtdıqdan dərhal sonra Moskvanın Domodedovo hava limanında saxlanılıb. O, polislə kiçik dindirilmədən sonra sərbəst buraxılıb, cənab Sterliqovun vəkili Artur Ayrapetov TASS-a bildirib.
Vəkil deyib ki, müvəkkilinin qısa müddətə saxlanılması, Azərbaycanın bu iş adamına qarşı cinayət işi açması və onun adını MDB dövlətlərarası cinayət-axtarış siyahısına salması ilə əlaqədar olub.
Bir müddət əvvəl, Azərbaycan Interpoldan Sterliqovun adını beynəlxalq axtarış siyahısına əlavə etməyi xahiş etmişdi, lakin Sterliqovun vəkillərinin sorğusundan sonra Interpol onun axtarışını dayandırmışdı, Ayrapetov bildirib.
İyulun 22-də Bakıda, qanunsuz olaraq Azərbaycanın Dağlıq Qarabağ regionuna daxil olması və Azərbaycan əleyhinə çağırışlar etmək ittihamları ilə Sterliqova cinayət işi qaldırılıb. Azərbaycan həmçinin biznesmeni işğal olunmuş ərazilərdə qanunsuz sahibkarlıq fəaliyyəti və təbii ehtiyatların istismarında ittiham edib.
bbc