Qubad İbadoğlu DYUK universitetində professor vəzifəsində

2-09-2015, 12:17           
Qubad İbadoğlu DYUK  universitetində professor vəzifəsində
teref.az xəbər verir ki, Qubad İbadoğlu bir müddətdə ABŞ da qalmalı olacaq. Onun Facebook statusunda yazdığı bu status teref.aznu bu qənaətini təsdiqləyir. Statusu sizə təqdim edirik!
"Bu gündən başlayaraq bir müddət dünya şöhrətli, ünlü Duke Universitetinin İqtisadiyyat Departamentində ziyaretçi professor olaraq çalışacam. Qubad İbadoglu."


Dyuk Universiteti (ing. Duke University) — ABŞ-ın Şimali Karolina ştatının Darem şəhərində yerləşən özəl tədqiqatlar universiteti. Tarixi 1838-ci ildən başlayan bu ali məktəb 1924-cü ildə tütün maqnatı Vaşinqton Dyukun şərəfinə Dyuk Universiteti adlandırılıb.
Hazırda Dyuk Universitetində 6340 tələbə və 7117 doktorant təhsil alır. Onların 40%-ni ABŞ-ın 50 ştatından və dünyanın 106 ölkəsindəki etnik azlıqlardan olan tələbələr təşkil edir. Universitetdə 2877-yə yaxın professor-müəllim heyəti çalışır. ABŞ-ın digər universitetləri kimi, bu qədim ali təhsil ocağı da öz elmi nailiyyətləri ilə dünyada seçilir. Dyuk Universiteti müasir elm mərkəzi olmaqla yanaşı, qotik üslubda inşa edilmiş binaları ilə turistləri cəlb edən və dövlət tərəfindən qorunan tarixi abidədir.

Reytinqi
"ABŞ xəbərləri və dünya hesabatı"na (U.S. News & World Report) əsasən, 2009-cu ildə "Amerikanın ən yaxşı məktəbi" nominasiyasında Dyuk Universitetinin Tibb Məktəbi tədqiqatlar sahəsində 6-cı, Hüquq Məktəbi isə 10-cu yeri tutub. Universitetin siyasi elmlər, sosiologiya, tarix, iqtisadiyyat və mədəni antropologiya departamentləri də ABŞ universitetləri arasında tez-tez əsas 20-likdə yer alırlar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.