Neft Fondu Avstraliya dollarına görə də xeyli pul itirib - aktivlərinin 1/3-i həcmində

5-09-2015, 12:18           
Neft Fondu Avstraliya dollarına görə də xeyli pul itirib - aktivlərinin 1/3-i həcmində
Bu ilin ikinci yarısında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) işləri getmir. Belə ki, iyulun əvvəlində ARDNF Çin yuanına 483 mln. dollar həcmində sərmayə qoyub. Lakin bir aydan sonra Çinin milli valyutası gözlənilmədən dəyərdən düşüb və Neft Fondunun zərəri 10 mln. dollardan çox təşkil edib.

Sentyabrın əvvəlində Avstraliya dolları da dəyərdən düşüb. Qeyd edək ki, 2012-ci ilin iyulunda ARDNF Avsytraliyanın dövlət isiqrazlarına 200 mln. həcmində dollar investisiya qoyub. O zaman Avstraliya dollarının məzənnəsi 1,02688 ABŞ dollara bərabər olub. Bu il yanvarın 1-i üçün məzənnə 1 AUD = 0,81701 USD, sentyabrn 1-i üçün - 0,70114 USD olub.
2015-ci ilin əvvəli ilə müqayisədə bu investisiyalar 14,18% və ya 23,174 mln. dollar dəyərdən düşüb. Təkcə avqustda itki 3,96% və ya 5,782 mln. dollar təşkil edib.

Ümumilikdə, 2012-ci ilin iyulundan ARDNF-in Avstraliya dollarında aktivləri 31,7% dəyərdən düşüb.

*2015-ci il iyulun 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri $35 mlrd. 726,2 mln. təşkil edib. Bunun 50,1%-i ABŞ dolları, 34% -i avro, 5,1% - İngiltərə funtu, 1,5% - rubl, 1,4% - Çin yuanı, 1,2% - Koreya von,
1,1% - Türkiyə lirəsi, 0,6% - Avstraliya dolları və 1,5% - digər valyutalarda olub. Bundan əlavə, ARDNF-nin 3,2% və ya $1,4 mlrd. aktivini qızıl külçələr təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.