Jurnalistin qohumlarına təzyiq edilir - AÇIQLAMA

10-09-2015, 00:24           
Jurnalistin qohumlarına təzyiq edilir - AÇIQLAMA
Jurnalist Həsən Babayev Respublika Klinik Xəstaxanasında ailəsinin başına gətirilən faciə barədə mətbuata açıqlama verdiyi üçün təzyiqlərə məruz qalıb.

Arqument.Az xəbər verir ki, sentyabr ayının 3-də Respublika Klinik Xəstəxanasında övladı ölən jurnalist Həsən Babayev bildirib.

Onun sözlərinə görə, xəstəxanada işləyən qohumlarına təzyiq edilir ki, saytlardakı yazıları çıxartsın: "Respublikanski" xəstəxanada həkim terrorçuların başımıza gətirdiyi bəladan sonra məsələni ictimailəşdirdim. Bu gün həmin xəstəxanada işləyən qohumlar vasitəsi ilə bizə təzyiq edirlər. Onları hədələyirlər ki, Həsənə deyin yazıları çıxartsın saytlardan yoxsa sizi işdən çıxaracağıq. Bu insanlarda vicdan, ləyaqət, mənəviyyat yoxdur. Əgər terrorçu həkimlər cinayət məsuliyyətinə cəlb olunmasa, yaxın günlərdə mətbuat konfransı keçirib cənab prezidentə müraciət edəcəm".

Qeyd edək ki, Bakıda doğuş zamanı daha bir uşaq ölümü qeydə alınıb. Hadisə sentyabrın 3-də M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verib. Belə ki, vətəndaş Günel Babayeva (jurnalist Həsən Babayevin həyat yoldaşı) sentyabrın 4-də xəstəxanan doğum şöbəsinə yerləşdirilib və onun üzərində qeysəriyyə əməliyyatı aparılıb. Körpə əməliyyatdan sonra dünyasını dəyişib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.