Qarabağ Qaziləri və jurnalistlərin birgə müraciəti: - Müslüm Məmmədova kömək edin!
11-09-2015, 10:43
Qarabağ müharibəsi veteranı, Kəlbəcər rayonunudan məcburi köçkün, jurnalist, II qrup əlil Məmmədov Müslüm Müseyib oğlu dörd ildir Hepatit-C virusuna yoluxub, qara ciyərin ağır formada serrozundan əziyyət çəkir.
Dəfələrlə İran və Türkiyədə müalicə alıb. Buna baxmayaraq səhhəti günü-gündən ağırlaşır.
Həkimlər indi onun həyatının təhlükədə olduğunu bildirirlər.
On gün müddətində qara ciyər köçürülməsə Müslüm Məmmədov həyatını itirə bilər.
Müslüm Məmmədov Qarabağ Qazisi, jurnalist olmaqla yanaşı, iki azyaşlı uşaq atasıdır. Himayəsində xəstə, yaşlı anası var.
O, bu günlərdə qardaş Türkiyədə - Qazi Universitetinin xəstəxanasında əməliyyat olunmağa aparılacaq.
Qohumlarının, yaxın adamlarının banklardan götürdükləri böyük məbləğdə kreditlər və aldıqları borclar onun əməliyyatı üçün yetərli deyil.
Parlament Jurnalistlər Birliyi (PJB) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) ölkə ictimaiyyətinə, imkanlı şəxslərə müraciət edir.
Torpaqlarımızın müdafiəsi uğrunda döyüşmüş Müslüm Məmmədova kömək edək.
Onun azyaşlı uşaqlarını, yaşlı, xəstə anasını gözü yaşlı qoymayaq.
Onun həyatda qalması üçün maddi köməyinizə ehtiyacı var.
Unutmayın, edəcəyiniz kömək bir ailəni göz yaşlarından xilas edəcək.
Hesab nömrəsi:
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
Beneficiary Name (Alan müştərini adı) MÜSLÜM MƏMMƏDOV
MÜSEYİB
Beneficiary account (Alan müştərinin hesab nömrəsi, IBAN) AZ08IBAZ33881019442015748205
Beneficiary Bank(Alan Bank) Azərbaycan Beynəlxalq Bankı
Nəqliyyat filialı
SWIFT Code (Alan Bankın SWIFT kodu) IBAZAZ2X
Correspondent account(Alan Bankın müxbir hesabı) AZ03NABZ01350100000000002944
Bank Code(Alan Bankın kodu) 805711
Tax ID(Bankın VÖEN-i) 9900001881
Bankın ünvanı S. Rəhimov küçəsi, 138
Əlaqə telefonları (012)4481955 Fax(012) 5962235