YAP 29 saylı dairədə iki deputatı üz-üzə qoydu KİM SEÇİLƏCƏK?

16-09-2015, 15:35           
YAP 29 saylı dairədə iki deputatı üz-üzə qoydu KİM SEÇİLƏCƏK?
Yeni Azərbaycan Partiyası 29 saylı Səbail seçki dairəsindən hazırki deputat, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin namizədliyini irəli sürüb. Bu dairəni 2 çağırışdır ki, parlamentdə bitərəf Fuad Muradov təmsil edir. F.Muradov 2005 və 2010-cu il seçkilərində seçkiyə bitərəf kimi qatılmasına baxmayaraq, şübhəsiz ki, məhz hakimiyyətin fəal dəstəyi ilə deputat olub.

İndi bu dairədən Şəmsəddin Hacıyevin namizədliyinin irəli sürülməsi maraqlıdır. Düzdür, YAP bundan əvvəlki seçkilərdə də 29 saylı dairədən namizədlər irəli sürüb. Lakin bu gediş formal xarakter daşıyıb – hakimiyyət real “stavkanı” Fuad Muradova edib. İndi bu dairədən Şəmsəddin Hacıyevin namizədliyinin irəli sürülməsi maraqlı vəziyyət yaradıb. Deməli ya Fuad Muradov seçki dairəsini dəyişəcək, ya da bu iki deputatdan biri mandatını itirəcək. Maraqlıdır, hakimiyyət bunlardan hansının üzərindən xətt çəkib?(azpolitika.info)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru