4 il 10 aydan sonra aktiv olan deputat
16-09-2015, 16:17
teref.aznun elektron poçtuna gələn bu yazını sizə təqdim edirik.
Əslində yazımın qəhrəmanını qınamaq düzgün deyil. Onun kimi deputatlar çoxdur. Başı pul qazanmağa, qrant verməyə qarışır və bir də oyanır ki, vaaay növbəti seçki yaxınlaşır: Aktivləşməliyəm və yenə də mandatı başqasına verməməliyəm!
Sosial şəbəkələrdə Azay Quliyevlə bağlı son günlər aparılan ciddi təbliğat işi bunu deməyə əsas verir ki, sanki o qış yuxusunda imiş, indi seçici yada düşüb.
Çox maraqlı bir məqam yaranıb. Amerikan təşkilatlarının pulu ilə ölkəmizdə son illərdir ki, bütün proqramların icrası dayanıb. Necə olub ki, Azay Quliyevə məxsus təşkilatlar USAİD kimi qurumun vəsaitindən yararlana bilib? SEDA kimi tanınan ABŞ təşkilatının layihələrinin əksər hissəsi necə olub ki, Şirvan şəhərinə yönəldilib? Bəlkə burada başqa məqamlar var?
Bunları bir kənara qoyuruq. Allah xeyir versin deyirik. Azay Quliyevin yeni uşaq bağçasına da xeyir-duamızı veririk.
Sadəcə seçini aldatmaq düzgün deyil. 4 il 10 aydan sonra ayılıb, seçicinin növbəti 5 il üçün səsini almaq məqsədilə Yaponiya səfirliyi ilə tibb məntəqəsi tikməyi, SEDA ilə 6 infrastruktur obyekti yaratmağı, türklərlə göz əməliyyatları etdirməyi sona saxlamaq lazım deyildi. Bunun mənəvi tərəflərini Azay Quliyev daha yaxşı anlayar.
Yəqin ki, seçkini həyata keçirən, deputatların fəaliyyətini qiymətləndirən qurumlar belə məsələləri keçirmək qabiliyyətinə malikdirlər.
QHT-ləri məcburi olaraq, hörmətli deputatın təbliğat kampaniyasında məcbur edilməsi ilə bağlı bir faktı da şəkil kimi əlavə edir və bununla bağlı növbəti materialın üzərində işə başlayırıq.
Ramil Əliyev