Parlament seçkilərində YAP-ın namizədlərini irəli sürmədiyi dairələrdə dəstəkləyəcəyi namizədlər məlum olub – SİYAHI

16-09-2015, 16:30           
Parlament seçkilərində YAP-ın namizədlərini irəli sürmədiyi dairələrdə dəstəkləyəcəyi namizədlər məlum olub – SİYAHI
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizədlərini irəli sürmədiyi seçki dairələrində dəstəkləyəcəyi şəxslərin adları məlum olub.

Trend-in əldə etdiyi məlumata görə, qarşıdan gələn parlament seçkilərində hakim partiya namizədlərini irəli sürmədiyi 7 seçki dairəsində digər siyasi partiyalardan Xanhüseyn Kazımlının (Sosial Rifah Partiyasının sədri), Fəzail Ağamalının (Ana Vətən Partiyasının sədri), Qüdrət Həsənquliyevin (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri), bitərəflərdən isə Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyevin və Zahid Orucun namizədliklərini dəstəkləyəcək.

Bununla bağlı hələlik YAP-dan rəsmi məlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, YAP qarşıdan gələn parlament seçkilərində 125 dairədən 117-si üzrə namizədlərini irəli sürdüyünü açıqlayıb. Xankəndi seçki dairəsi üzrə YAP-ın partiya təşkilatı olmadığına görə, nə namizəd irəli sürülməyib, nə də hansısa kənar namizədin dəstəklənəcəyi barədə hələlik qərar qəbul edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru