665 nəfər namizədliyini irəli sürüb

16-09-2015, 16:35           
665 nəfər namizədliyini irəli sürüb
Bu günə qədər 665 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında (MSK) MSK sədri Məzahir Pənahov bildirib. Onlardan 338 nəfərin namizədliyi partiyalar tərəfindən, 25 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupları, 300 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülənlərdən 508 nəfərin namizədliyi təsdiqlənib və onlara imza vərəqi verilib.

Bu günə qədər MSK-da 95 nəfər müşahidəçi qeydə alıb. Onlardan 86 nəfər öz təşəbbüsü, 9 nəfər isə QHT təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru