Müdafiə Nazirindən şok anons - Azərbaycan düşmənlə mübarizəni savaş meydanında həll etməyə üstünlük verir

19-09-2015, 11:15           
Müdafiə Nazirindən şok anons - Azərbaycan düşmənlə mübarizəni savaş meydanında həll etməyə üstünlük verir
"Azərbaycan tərəfi düşmənlə mübarizəni savaş meydanında həll etməyə üstünlük verir".

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki: “Bəzi mətbuat orqanlarında Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçularının özəl həyatı ilə bağlı verilən məlumatlara heç bir şərh vermədən bildiririk ki, Azərbaycan tərəfi düşmənlə mübarizəni savaş meydanında həll etməyə həmişə üstünlük verib və bu kimi özəl məsələlərin Ermənistan mətbuatında yer almasına baxmayaraq, öz tərəfimizdən müzakirəsini məqbul hesab etmirik”.

Qeyd edək ki, Ermənistan mətbuatında müdafiə naziri Seyran Ohanyanın özəl həyatına dair araşdırma dərc olunub. Araşdırmada S. Ohanyanın həyat yoldaşı Ruzanna Xaçaturyanın onunla ailə qurmazdan əvvəl fahişəlik etdiyinə dair iddialar yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru