FHN Hacı İbrahimin şirkətini məhkəməyə verdi

19-09-2015, 12:18           
FHN Hacı İbrahimin şirkətini məhkəməyə verdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu (ETLKİMİ) “Azər-Ross İK” Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

AzVision.az “Report”a istinadən xəbər verir ki, FHN-in qurumu borcun ödənilməsi barədə tələb irəli sürüb. İddia olunan borcun məbləği açıqlanmır.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, S.Ə.Dadaşov adına ETLKİMİ inşaat materiallarının istehsalı və tikinti sənayesi sahələrində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə elmi-tədqiqat, layihə-konstruktor və təcrübə-sınaq işləri aparan, tikintiyə dair normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı qurumdur.

“Azər-Ross İK” tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin prezidenti olduğu “Avesta” konserninin tərkibinə daxildir. Şirkət Bakıda çoxmərtəbəli binaların inşası ilə məşğul olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru