Əhliman Əmiraslanov Tibb Universitetindən istefa verdi?

20-09-2015, 20:20           
Əhliman Əmiraslanov Tibb Universitetindən istefa verdi?
teref.aznun əldə etdiyi məlumata görə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanov öz vəzifəsindən istefa verib. Beləliklə Əhliman Əmiraslanovun deputatlıq yoilu açılıb.
YAP-dan verilən “ya rektorluq ya da deputatlıq” məşhur tələbindən sonra bir çoxları eə hesab edirdilr ki, Əhliman Əmiraslanov öz postundan deputatlığa görə istefa verməz. teref.azya məlumat verən mənbənin sözlərinə görə axırıncı dəqiqəyə qədər Əhliman müəllimin özüdə bunu istəmirdi. Çünki o deputat kimi keçən deputatlıq dövründə nə gözə dəyə bildi nə də öz seçicilərinə verdiyi vədlərə əməl etdi. Bu onu deməyə əsas verirdi ki, Əhliman müəllim rektorluğu seçəçək.
Lakin görünür Əhliman müəllim hər halda siyası arenanı daha məqbul bilərək rektorluqdan istefa verib.
Mənbənin verdiyi mnəlumata görə hətta onun yerinə təyin olunacaq adamda artıq məlumdur
Bu t.e.d., professor Nəsib Quliyevdir.Professor N.Quliyev ET Pediatriya İnstitutunun direktoru olub. Azərbaycan Respudlikası Səhiyyə Nazirliyinin baş pediatrıdır.
Türk Dünyası Pediatriya Birliyinin prezidentidir.
Məlumatı dəqiqləşdirmək üçün Əhliman müəllimlə əlaqə yaradmaq istəsək də bu mümkün olmadı.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.