teref.az olaraq bəzi saytlara istinadən prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğlunun toyda bərk dava saldığı haqda yazmışdıq.Lakin indi daha bir məlumat aldıq və onu sizin nəzərinizə çatdırırıq! Lənkəranın hərbi komissarı Əqid Bayroyev müğənni Nadir Qafarzadəni döyüb.TEREF.İNFO anaxeber.az saytına istinadən xəbər verir ki, daxil olan məlumatda deyilir, hadisə Masallının hərbi komissarının oğlunun toyunda baş verib. Bildirilir ki, Nadir Qafarzadənin toydakı çıxışı hansısa səbəbdən Əqid Bayroyevin hiddətləndirib. Məlumata görə, dünən bu hadisə ilə əlaqədar Əqid Bayroyev DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qsrşı Mübarizə İdarəsinə aparılıb. Məlumat üçün deyək ki, Əqid Bayroyev prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylət Əyyubovun bacısı oğludur.