Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı

14-01-2019, 15:54           
Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı
Paytaxtda bir neçə obyektin əxlaqsızlıq yuvası kimi fəaiyyət göstərdiyi məlum olub.

Teref.az “ölkə.az”a istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü Güləndam İsrail qızı Murtuzova ayında Prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məhkəmənin qərarı ilə həbs olunub. Araşdırmalar nəticəsində Güləndam Murtuzovanın işində yeni hallar üzə çıxıb. Belə ki,Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Həsənov Mehman Telman oğlu və Qəhrəmanov Baxşəli Abdulla oğlunun rəhbərlik etdiyi məlum olub.

Həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Mehman və Baxşəlinin Paytaxtın Nəsimi rayonu ərazisində “Jasmin”, ”Şarden”, ”Səma”, ”Play”, ”Dalğa” və Nərimanov rayonunda “Atilla”, ”Diana”, ”Venus” adlı obyektlərdə əxlaqsız yuvaları təşkil etmələri istintaq orqanları əməkdaşları tərəfindən aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru