Fikrət Fəraməzoğlu KİV nümayəndələrinə müraciət edib - FOTO

14-01-2019, 18:13           
Fikrət Fəraməzoğlu KİV nümayəndələrinə müraciət edib - FOTO
Məhkum Fikrət Fəraməzoğlu (İbişbəyli Fikrət Fəraməzoğlu) KİV nümayəndələrinə müraciət edib.

“Report” yanvarın 14-də F.Fəraməzoğlunun əllə yazdığı müraciəti təqdim edir:

“Hörmətli media nümayəndələri!

Sosial şəbəkələrdə mənim adımdan Mehman Hüseynova dəstək olmaq məqsədi ilə aclıq aksiyasına başladığım barədə məlumat yayılıb. Nəzərinizə çatdırım ki, mən heç bir aclıq aksiyasına başlamamışam. Hal-hazırda qida qəbul edirəm, saxlanılma şəraitimdən və qidalanmadan narazılığım yoxdur. Ona görə də, hər kəsdən xahiş edirəm ki, mənim adımdan gələcəkdə hər hansı məlumatlar yayan zaman mənimlə və ya mənim vəkillərimdən dəqiqləşdirilmə aparılısın.

Onu da diqqətinizə çatdırım ki, hal-hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıram. Hal-hazırda aclıq aksiyası keçirmirəm, eyni zamanda, bu müəssisədə saxlanılan məhkumlardan da aclıq aksiyası keçirən yoxdur”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru