Ramil Usubovdan mühüm əmr: - İki generalın yerini dəyişdi

15-01-2019, 10:03           
Ramil Usubovdan mühüm əmr: - İki generalın yerini dəyişdi
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.

Dia.az Unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin Rəis müavini vəzifəsinə təyinat alıb.

Xəbəri DİN-dən təsdiqləyiblər.

Qeyd edək ki, S. Bağırov daha əvvəl də DİN-in Çevik Polis Alayının komandiri işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru