Şərin qüvvəsi - Stenford həbsxana eksperimenti.

4-01-2024, 07:14           
Şərin qüvvəsi -
1971-ci ildə Philip Zimbardo adlı bir ictimai psixoloq, insanların ictimai rollara necə reaksiya verdiyinə dair bir təcrübə təşkil etdi və Stanford Universitetinin Psixologiya Departamentinin bodrum qatına inşa edilən saxta bir həbsxanada, gözətçilər və məhkumlar olaraq davranmalarını təmin edəcək şəkildə, 2 həftə davam edəcək olan təcrübəsi üçün 24 nəfərdən ibarət bir qrup kişi, universitet şagirdini təcrübəsində istifadə etdi. Lakin Zimbardo təcrübələrinə hansı rola sahib olacaqlarını, onların xəbəri olmadan təyin etdi.İştirakçılara, əvvəldən bunun 2 həftəlik bir təcrübə olacağı, bu həbsxananın süni ediləcəyi və gün başına 2012 –ci il puluyla 85 dollar alacaqları bildirildi.

Məhkumlara təcrübə müddətin onların gözətçilərin əmrlərini dinləmə zəruriliyi əmri verildi. Gözətçilərə isə məhkumlara sözlərini keçirə bilmək üçün bacardıqca sərt davranmalarını; ancaq şiddətə qətiliklə yol verməmələrini tapşırıldı. Zimbardo, sonradan nəşr olunan təcrübələri haqqında xatirələrində, təcrübə əvvəlində nəzarətçiləri təlimatlandırarkən bunları söylədiyini yazır:

“Məhkumlar üzərində tam hakimlik hissi yarada bilərsiniz, bir dərəcəyə qədər qorxu yarada və onların həyatlarını tamamilə təsadüfi güclər tərəfindən, sistem tərəfindən, sizlər və bizlər tərəfindən nəzarət edildiyi hissinə düşmələrini təmin edə bilərsiniz. Və qətiliklə onlar hiss etməlidirlər ki, onların xüsusi həyatları olmayacaq. Onların şəxsiyyətlərini müxtəlif yollarla əllərindən alacağıq. Ümumiyyətlə bunun nəticəsində, onlar özlərini gücsüz hiss edəcəklər, bunu gözləyirik. Yəni bunun nəticəsində, biz bütün gücə sahib olacağıq, onlarsa heç bir gücə … ”

Gözətçilər, eynilə gerçək gözətçilər kimi geydirildi, əllərinə taxta çubuqlar verildi və tamamilə gerçək bir həbsxana mühiti yaradılmağa çalışıldı. Göz təmasına mane olması məqsədiylə Reflektor eynəklər verildi. Mahkumlaraysa, eynilə həqiqətdə olduğu kimi, olduqca narahat edici bir məhkum paltarı geydirildi və biləklərinə bir zəncir vuruldu, nəzarətçilərə məhkumları onlara təyin edilmiş və məhkum paltarlarına işlənmiş nömrələr ilə çağırmaları tembihlendi. Beləcə tamamilə gerçək bir həbsxana mühiti yaradıldı.

Zimbardo, 14 Avqust 1971-ci ildə , “məhkum” mövqeyində olacaqları öz evləri qarşısında qəflətən, gözlənilmədikləri bir zamanda həbs edilməni təcrübəyə daxil etdi. Həbsləri Palo Alto polisi, Zimbardo ilə razılaşmalı olaraq etdi və məhkumları silahlı soyğun günahıyla günahlandırdı. Məhkumlar, bütün gerçək həbs olunma prosedurlarına keçirildi, barmaq izləri alındı ​​və profil şəkilləri çəkildi. Polis bölməsində sonra, saxta həbsxanaya gerçək bir məhkum daşıma vasitəsiylə köçürüldülər.Həbsxanadkı hər bir kamera 3 məhkuma ev sahibliyi etməkdə idi. kameralar olduqca dardı; məhkumlar üçün bir həbsxana bağçası yaradılmışdı və gözətçilər üçün isə geniş, rahat sahələr qurulmuşdu. Gözətçilərin, üçlü qruplar halında, 8 saatlıq növbə ilə çalışırdılar. Gözətçilərin vəzifə sonrası həbsxana sahəsində olmaları lazımlı deyildi

Təcrübə bu şəkildə başladı və nisbi olaraq problemsiz bir ilk gündən sonra, daha ikinci gündən ortalıq qarışmağa başladı. İkinci gün, 1kamerada qalan məhkumlar qapılarını çarpayılarla qapının önünü kəsərək, paltarlarını çıxardılar və gözətçilərin dinləməyəcəklərini söyləyərək əmrləri rədd etdilər. Hadisələr bu şəkildə başladı və nəticələr olduqca narahat edici səviyyədə idi.

Sıravi və normal sayılacaq universitet şagirdləri yalnız bir neçə gün içərisində vəhşi səviyyədə sadist gözətçilər və get-gedə qorxaqlaşan məhkumlara çevrildilər. Hər keçən gün, hər biri, rollarına daha da bağlı hala gəldilər. Günlər keçdikcə, gözətçilər gedərək şiddətlənən psixoloji nəzarət taktikaları inkişaf etdirməyə başladılar. Məsələn üsyanlara qatılmayanlar üçün xüsusi bir kamera yaratdılar və burada onları mükafatlandırmağa başladılar. Bənzər şəkildə, məhkumların yataq yorğan -döşəklərini götürərək onları metal yataqlarda yatmağa məcbur etdilər. Qısa müddət içərisində gözətçilər, məhkumlara əvvəl gizli, sonrasında isə açıq şiddət tətbiq etməyə başladılar. Yeməklərini yeməyənlər üçün gözətçilər tərəfindən qaranlıq bir otaq yaradıldı və ora saxlanma cəzası tətbiq olunmağa başlandı. Yalnız 36 saat içərisində, 8612 nömrəli “məhkum”, Zimbardonun tərifiylə “dəli” rəftarlar sərgiləməyə başladı. Zimbardo, hadisələri belə izah edir:

“8612 nömrəli məhkum dəli kimi davranmağa başladı, qışqırır, qışqırıq atır, söyür və nəzarətsiz əsəb krizisi keçirir. Onun həqiqətən bu psixoloji vəziyyətdə olduğunu qəbullanmağımız uzun zaman aldı və sonunda onu azad etmək qərarı verdik.”

Təcrübənin başlamasından sonra yalnız 6 gün keçməsinə və təcrübənin məzmunu tamamilə rol olmasına baxmayaraq ictimai əlaqələrin həqiqiliyindən ötəri məhkumlar ilə gözətçilər arasında əlaqələr o qədər sadist və vəhşi bir hala gəlmişdi ki, Zimbardo gözlədiyi müddəti tamamlayamadan təcrübəsini sona çatdırmaq məcburiyyətində qaldı.

Təcrübənin ilk günlərindən etibarən gözətçi mövqesindəki şagirdlər, sözlərini məhkumlara çatdırmaq üçün gedərək şiddətli hala gələn üsullar tətbiq etmişlər. Məhkumlar da, ilk günlərdə gözətçi rolundakıları gerçək həyatda “özləri ilə eyni səviyyədə” olduğunu bildiklərindən inadçı və “zorakı” bir hala gətirmişdir. Zimbardo, təcrübədən özünün belə təsirləndiyini ifadə etmişdir, çünki özü də təcrübədə “həbsxana rəisi” roluna sahib idi və tamamilə rol oynaması lazım olan gözətçilərin, tamamilə rol oynaması lazım olan məhkumlara tətbiq şiddəti davam etdirməsinə icazə verəcək qərarlar qəbul etmişdir.
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.