LESTER KODEKSİ

31-01-2024, 10:14           
LESTER KODEKSİ
Leonardo da Vinçinin Lester Kodeksi (Codex Leicester) dünyanın ən bahalı kitabıdır.
1506-1510-cu illərdə Milanda yazılmış kitab Bəşər tarixinin ən böyük alimlərindən birinin bu günə qədər gəlib çatmış yeganə əlyazmasıdır.
Lester Kodeksi dahi alimin ideyalar toplusudur.
72 səhifəlik dəftər fikir və qeydlərini gizli saxlamaq üçün da Vinçinin icad etdiyi unikal “güzgü” şrifti ilə yazılmışdır. Yazıları yalnız güzgüdən istifadə etməklə oxumaq olur.

Böyük Usta bir bölümdə suyun xassələri haqqında, çaylarda və dənizlərdəki burulğanlar, bəndlərin və axınlar haqda yazır. Başqa bir bölümdə isə da Vinçi astronomiya və kosmologiyaya yer verir, Ay kraterlərini, planetlərin orbitlərini çəkir və Ayda işıq və kölgənin təbiəti haqqında qeydlər edir.
Əlyazmada geologiya ilə bağlı əvəzsiz məlumatlar, kristalların xüsusiyyətləri və zəlzələlərin təbiəti, işığın əks olunması və sınması prinsipləri də yer alır.

Lester Kodeksində insan anatomiyası mövzusu, insan bədəninin quruluşu və funksiyalarını izah edən eskiz və mətnlər var. Da Vinçi insan skeletinin və əzələlərinin, qan dövranı sisteminin və gözün quruluşunu da incələyib.
Bu qiymətsiz əlyazma parlaq ideyalar xəzinəsi olmaqla bərabər Kainatı bütün mürəkkəbliyi və ecazkarlığı ilə dərk etmək üçün Ustadın doymaq bilməyən maraq və həvəsinin nümunəsidir.
Bu gün əlyazma Microsoft-un həmtəsisçisi, dünyanın ən zəngin adamlarından biri Bill Qeytsə məxsusdur. O, 1994-cü ildə məşhur əlyazmanı o dövr üçün inanılmaz bir məbləğə – 31 milyon dollar ödəyərək alıb.
https://t.me/ibrahim_nebioglu
İbrahim Nəbioğlu
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.