FEBRUARY, ŞUBAT, FEVRAL
2-02-2024, 15:34
Fevralı sevmirəm.
Soyuq ay olduğu üçün.
Daha çox isə 26 fevrala – Xocalıya görə.
Ancaq daha daha çox 10 fevrala görə.
10 fevral 1828 Türkmənçay müqaviləsinin imzalandığı gündür.
Elə 26 fevrallara da zəmini 10 fevral 1828 hazırlamışdı...
Fevral Sezarın Təqvim islahatına qədər qədim Romada ilin son ayı idi.
2-ci ay olması isə o məşhur islahatdan sonra oldu.
Biz fevral ayının da adını ruslardan götürmüşük.
Ruslar isə latın dilindən.
Baxmayaraq ki, qədim rus dilində fevral “lyutıy” (лютый) adlanır.
Bu da “şiddətli”, “kəskin” deməkdir. Şiddətli şaxta, kəskin soyuq yəni.
Avropa dillərinin çoxunda bu ayın adı “Februa” kökündən gəlir.
Latın dilində “Februarius mensis” — “Februa”dan, yəni “Təmizlənmə, paklaşma, saflaşma bayramı” deməkdir. Qədim romalılar son ayın son günlərində böyük bayram şənlikləri keçirir, Februs Tanrısına qurbanlar kəsirdilər.
Fevrala “Baharın müjdəçisi” demək çox yanlış olar, məncə.
Qış davam edir, hələ soyuqdur, çox yerdə şaxta və borandır.
Baharın addım səsləri eşidilmir hələ, ancaq yenə də təbiətdə bir qəribəlik, cüzi oyanmalar sezilməyə başlayır – Tənək quşu ilə arıquşu ilk mahnılarını oxuyurlar bala-bala, qara qarğa yuva qurmağa hazırlaşır, mağarada ayıların doğum sancıları və doğuş təlaşları başlayır.
Fevral Azərbaycan üçün Böyük Çillənin bitməsidir.
Kiçik Çillənin girməsi sevindirir.
İlin son Çərşənbə axşamları başlayır.
Türkcə fevrala “Şubat” deyilir, müasir türk dilinə süryani dilindəki “Şabat, şobat” sözündən keçib…
Ədəbiyyatda ən az şeir həsr edilən aydır fevral ayı.
Zülmətinə, soyuğuna, verdiyi tənhalıq hissinə görə çox az şairə ilham gəlmişdir.
Ancaq istisnalar da var.
Türk poeziyasının Usta qələmlərindən olan Özdemir İnce “Şubat Ayında Ankara'da Yazılan Bir Şiir” adlı şerində belə deyir:
Bu yıl erken bastırdı kış
yağmur yağıyor, yağmur yağdıkça seviyorum seni
kar yağıyor, kar yağdıkça seviyorum seni.
karaya vurdukça, sular dondukça
üşüdükçe, bir şeyler yitirdikçe, umudum kırıldıkça
çıkmaza girdikçe yaşam, yüreğim sıkıştıkça,
sen değiştikçe daha çok seviyorum seni.
Donmuş suda çelik tadı var
ağzımda eski tütün.
Böyük Usta Cahit Sitki Tarancı fərqli düşünür bu ay haqda:
Kim ne bilsin neydi beni uyutan?
Uyanmadığım o sabah uykudan.
Henüz yaşıyordum yeniden yeni
Bir şubat gününün güzelliğini.
Cemal Süreyanın fevralda yazdığı bu misraları çox məşhurdur:
Saat on ikiden sonra,
Bütün içkiler
Şaraptır.
Semra Güler Esen isə sensizliyə üsyan edir:
Bİr şubat günü onbeş şubat
Sensizliğin beni sardığı bugün
Alları çıkardığım karalar bağladığım gün
Sensizliği zehir gibi içtiğim bugün
Sevgililər gününün fevral kimi bir aya düşməsi də xeyli gülməlidir.
Bahar var ikən, payız var ikən…niyə fevralda olsun ki…
İbrahim Nebioğlu
TEREF: Xocanin Blogu