BİGANƏ OLMAYAN ZƏİFLƏRİN GÜCÜ

4-02-2024, 14:00           
BİGANƏ OLMAYAN ZƏİFLƏRİN GÜCÜ
Dünyanı biganə qalmayanlar dəyişib, özü də heç də hamısı güclü olmayıb, bəziləri zəif olub. Məsələn, canavara qarşı əlinə daş və ağac gövdəsindən düzəldilmiş ağır dəyənək ya ucu sivri budaqdan düzəldilmiş nizə almaq, nizənin ucuna sivri daş bağlamaq, çox ehtimal ki, əvvəlcə zəif qədim adamın ağlına gəlib. Qolu güclü adam canavarın ya ceyranın üstünə əliyalın gedib boğub.
Fransa imperatoru tacını başına qoymağa nail olan, Avropanın çoxusunu fəth edən Napoleon cavanlığında oxuduğu hərbi məktəbdə ucqar əyalətdən gəldiyi, fransızca təmiz danışmadığı, boyu balaca olduğu üçün gülüş, lağ hədəfi olub, yəni bullinqə məruz qalıb. Amma o ağlı, savadı, hərbi istedadı, cəsarəti və iradəsi hesabına Fransanı və fəth etdiyi Avropanı, deməli dünyanı dəyişib, az da olsa daha ədalətli və demokratik edə bilib..
Dünyanı biganə qalmayan, çoxu əvvəlcə zəif olanlar dəyişib...
Çingiz Sultansoy
TEREF: Xocanin Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru