Qocalmayan əfsanə - YAZI

6-02-2024, 07:47           
Qocalmayan əfsanə - YAZI
Bu gün "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo 39 yaşını qeyd edir.

Portuqaliyalının karyerası idman tarixinin ən böyük şəxslərindən birinin inanılmaz səyahətini əks etdirir. 5 fevral 1985-ci ildə Funşal şəhərində anadan olan Ronaldonun gənc istedaddan dünya futbolunun ikonasına yüksəlməsi onun nə qədər zəhmətkeş və əzmli biri olduğundan xəbər verir.

"Sportinq"dəki ilk günlərindən "Mançester Yunayted"dəki sıçrayışına qədər Ronaldo müstəsna istedad, sürət və qol vurma bacarığını bütün dünyaya nümayiş etdirdi. Onun "qırmızı şeytanlar"la yadda qalan nailliyətləri 3 dəfə Premyer Liqada çempionluq, Çempionlar Liqasında qalibiyyət və 2008-ci ildə “Ballon d'Or” mükafatını qazanmaq olub.

2009-cu ildə "Real"a keçid portuqaliyalı üçün peşəkar karyerasında yeni bir səhifə açdı. Burada o, rekordlar qazanmağa davam etdi. 9 illik karyerası ərzində 4 dəfə Çempionlar Liqasının qalibi oldu. Eyni sayda "Qızıl Top" mükafatını qazandı. Madrid təmsilçisində bütün zamanların ən yaxşı bombardiri oldu.

2018-ci ildə Ronaldo İtaliyaya köçərək Turin "Yuventus"unda yeni bir era başlatdı. A Seriyasını fəth etdi və qol maşın kimi öz reputasiyasını qorumağı bacardı. Sonrada köhnə komandası “Mançester Yunayted”ə geri döndü. Amma burda uğursuzluğa düçar oldu. Lakin bu, Ronaldonun möhtəşəm karyerasının üstündən xətt çəkəcək problem deyil. İstinaslar qaydanı pozmur.
Meydandan kənarda xeyriyyəçilik işi və bunlara sadiqliyi onun “yaxşı futbolçu və yaxşı insan” statusunu möhkəmləndirdi.

39-cu ad gününü qeyd etməsinə baxmarayaq, Ronaldo yaşına meydan oxumağa davam edir. Ardıcıl olaraq möhtəşəm performanslar nümayiş etdirir. Kriştiano futbolda mükəmməlliyin simvolu olaraq qalır. Gözəl insanlığı və peşəkarlığı ilə bütün dünyada pərəstişkarlarını ruhlandırmaqda davam edən canlı əfsanə, doğum günün mübarək!

\\Offsideplus.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.