`Ermənilər bizimlə birgə yaşaya bilərlər` - deputat
26-10-2016, 13:46
“Biz Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çalışırıq. Səylərimizi artırmaq istəyirik. İnanıram ki, gün gələcək azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar”.
Belə bir açıqlama ilə İrəvanda keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çıxış edib.
Həmsədr deyib ki, region sakinlərinin sülh şəraitində yaşamaq hüququ var: "Mənim arzum – həm Azərbaycanda, həm də Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşamasıdır".
Həmsədr, həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vacib elementlərdən biri insanlar arasında əlaqədir və vasitəçilər bu cür əlaqələri dəstəkləməyə çalışır.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvü, deputat Elman Məmmədov Uorilikin fikirlərinə cavab olaraq AzVision.az-a bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan heç bir vaxt birgəyaşayış və əməkdaşlıq mümkün deyil: “Münaqişə həll olunduqdan sonra Azərbaycan qanunlarına tabe olmaqla ölkəmizdə yaşaya bilərlər. Bir şərtlə ki, onlar Qarabağda hadisələr baş verənə qədər ölkəmizdə yaşamış olsunlar və hadisələr baş verən zaman azərbaycanlılara qarşı cinayət törətməsinlər. Qanunlar çərçivəsində ölkəmizdə yaşaya bilərlər. Münaqişə həll olunmadan hər hansı bir əməkdaşlıqdan, yoldaşlıqdan, birgəyaşayışdan söhbət belə gedə bilməz.
Diplomatiyadan və siyasətdən kənar, bir vətəndaş kimi mövqeyim belədir ki, ermənilər Cənubi Qafqazın baş ağrısıdır. Ona görə şəxsən istəyərəm ki, Cənubi Qafqaz ermənisiz olsun. Onları bu regiondan süpürüb atmaqdan başqa çıxış yolu yoxdur. Biz beynəlxalq təşkilatlarla görüşümüzdə də deyirik ki, qanunlarımızı pozmayan, onu qəbul edən, xalqımıza qarşı cinayət etməmiş ermənilər istəsələr yaşadıqları yerdə qala bilərlər. Yəni, biz onları qovmuruq”.