İlham Əliyev Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirdi

18-10-2015, 21:05           
İlham Əliyev Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirdi
Prezident İlham Əliyev bu gün fövqəladə toplantı keçirib. İstirahət günü olsa da dövlət başçısı bu gün işdə olub.

Məlumatlı mənbələrdən "Qafqazinfo"ya verilən informasiyaya görə, fövqəladə toplantı Prezident Adminstrasiyasında keçirilib. İclasda Təhlükəsizlik Şurasının üzvləri iştirak edib.

Toplantıda milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, milli təhlükəsizlik məsələlərin müzakirə olunduğu bildirilir.

Digər məlumata görə, dünən prezident MTN rəhbəri Eldar Mahmudovu vəzifədən azad etməzdən əvvəl onu şəxsən qəbul edib və nazirin yarıtmaz fəaliyyəti faktlarla qarşısına qoyulub.

Məhz həmin vaxt da Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən MTN-də əməliyyat keçirilməsi barədə məlumatlar var.

Qeyd edək ki, bütün bunlar prezident İ.Əliyevin Qazaxıstan səfərindən qayıtmasından dərhal sonra baş verib.

Son hadisələrlə bağlı müvafiq dövlət qurumları tərəfindən xüsusi açıqlamanın veriləcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.