YAP-ın namizədindən Ali Baş Komandana şikayət OLUNDU

19-10-2015, 11:25           
YAP-ın namizədindən Ali Baş Komandana şikayət OLUNDU
Moderator.az - ın məlumatına görə, Birinci Qarabağ döyüşünün iştirakçısı, hərbi həkim, ehtiyyatda olan polkovnik - leytenant Habil Şirinov namizədliyini verdiyi 79 saylı İmişli seçki dairəsində YAP - ın namizədinin qanun pozuntusuyla bağlı Ali Baş Komandana şikayət etməyə hazırlaşır:

"79 saylı İmişli seçki dairəsində görüşlərim davam edir. Seçicilərimlə görüşlər uğurla davam edir. Onu qeyd etmək istəyirəm ki, YAP - ın namizədi olan Əsabil Qsımovla seçicilərin görüşlərində bəzi məntəqə sədrləri və komissiya üzvləri onun təbliğatı ilə məşqul olurlar.
Belə ki, dünən Gövhərli kəndinin sakinləri ilə deputatlığa namizədin görüşündə 31 saylı Gövhərli seçki məntəqəsinin sədri Əlihüseyn Musayev, sədrin müavini Ağaverdi Məmmədov, katib Əliqasım Şıxəliyev çıxış edərək seşiciləri Əsabil Qasımova səs verməyə çağırıblar.

Bu isə Seçki Məcəlləsinə zidd olduğundan seçicilərin haqlı narazılığına səbəb olub. Belə ki, Gövhərli tam orta məktəbinin tarix müəllimi seçicilər adından çıxış edərək bu qanun pozuntusuna etirazını bildirib.

Mən ağır və şərəfli döyüş yolu keçmiş ehtiyyatda olan bir zabit kimi, 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd kimi bu hallara etirazımı bildirirəm. Odur ki, 79 saylı seçki dairəsinin sədrinə müraciət edirəm ki, belə biabırçılığın qarşısını alsın və həmin məntəqə sədri haqqında ölçü götürülməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət etsin. Bir deputatlığa namizəd kimi Əsabil müəllimə də müraciət edirəm ki, seçki qanunlarına riayət etsin, özünü məndən və digər namizədlərdən üstün tutmasın. Əgər bu hal yenə də təkrarlanarsa mən birbaşa MSK sədrinə deyil, Ali Baş Komandana müraciət edəcəyəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.