Deputatlığa namizəd Cavid Qurbanovun xeyrinə seçkidən çəkildi
19-10-2015, 12:53
Vüsalə Əsədova: “Cavid Qurbanov 10 illik deputatlıq fəaliyyəti dövründə seçicilərin etimad və rəğbətini qazanıb”
Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 123 saylı Kəlbəcər rayon Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Vüsalə Rafiq qızı Mikayılova namizədliyini geri götürüb. V.Əsədova bu addımını seçkidə digər namizəd Cavid Qurbanovu dəstəkləmək məqsədilə atdığını bildirib.
Bu barədə Vüsalə Əsədovanın açıqlamasında deyilir:
“Deputatlığa namizədliyim irəli sürüləndə seçkidə rəqiblərimin kim olacağı hələ tam bəlli deyildi. O cümlədən, hazırkı millət vəkilimiz hörmətli Cavid Qurbanovun namizədliyi sonradan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüldü. Bu baxımdan, Cavid müəllimin iştirak etdiyi seçki yarışmasında iştirakımı məqbul hesab etmirəm. Çünki, Cavid Qurbanov 10 illik deputat fəaliyyəti dövründə əsl millət vəkili kimi kəlbəcərli seçicilərin etimadını və rəğbətini qazanıb. Böyük təcrübəyə və ictimai nüfuza malik olan Cavid Qurbanovun bu seçkidə də seçicilərin mütləq əksəriyyətinin səsini qazacağı şübhəsizdir. Ona görə də, mən seçkidə mübarizəmi dayandırır, seçiciləri, təəssübkeşlərimi Cavid Qurbanova səs verməyə çağırıram. Cavid müəllimə gələcək deputatlıq fəaliyyətində uğurlar arzulayıram”.