Kərimli biabır oldu: `Guardian` yalanı açıldı - FAKT
19-10-2015, 13:15
`Azadlıq` qəzeti belə bir xəbər yayıb ki, guya Britaniyanın məşhur “The Guardian” qəzeti milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından yazıb. Xüsusilə vurğulanır ki, qəzet prezidentin sərəncamına müxalif liderlərdən də münasibət öyrənib.
`Azadlıq`ın iddiasına görə, guya “Guardian” Əli Kərimlidən də baş vermiş hadisə ilə bağlı açıqlama alıb.
Almağına alıb, amma məsələ ondadır ki, bu, Britaniyanın nüfuzlu “The Guardian” qəzeti yox, dünyada heç kimin ciddi saymadığı bir nəşr – Nigeriyanın “The Guardian” qəzetidir. Həmin materialın orijinalını BURADA görə bilərsiniz.
Beləliklə, məlum olur ki, Kərimli öz tərəfdarlarını bu məsələdə də aldadaraq, Nigeriyanın qəzetini Britaniya qəzeti kimi qələmə verir. Əlbəttə, özünə hörmət qoyan siyasətçi heç vaxt belə bir şey eləməzdi, amma görünür, bu sözlər Kərimliyə aid deyil. Niyə də etməsin ki? Partiyanın idarəçiliyindən tutmuş, sosial şəbəkəyə qədər hər yerdə saxtakarlıq edirsə, bir qəzetin yerinə başqasını göstərmək Əli Kərimli üçün adi “iş epizodu”dur. Amma cəmiyyət Kərimlinin hesab etdiyi qədər sadəlövh deyil...
Maraqlısı odur ki, bu xəbəri bəzi başqa saytlar da yayıblar. Onların siyahısı da maraqlıdır: Radio Free Europe, Вестник Кавказа, Voskanapat, News.am və s. Göründüyü kimi, ya Azərbaycanla bağlı qərəzi hər kəsə bəlli olan, ya da ermənilərə məxsus saytlardır. Əli Kərimlinin yalanına dəstək verməyin onların marağında olmasında təəccüblü bir şey yoxdur.