Daha bir neçə nazirliyin ayaqlarını dəng atması lazımdır... - Eləcə də rayon icra başçılarının

20-10-2015, 10:29           
Daha bir neçə nazirliyin ayaqlarını dəng atması lazımdır... - Eləcə də rayon icra başçılarının
Prezident İlham Əliyevin ölkədə azad sahibkarlıq mühitinin yaradılması məqsədilə çox sərt tədbirlərə əl atması bir moxları üçün gözlənilməz olsa da, əslində bunu gözləməyinə dəyərdi. Çünki dövlət başçısının özü belə bir neçə gün əvvəl artıq SƏBR KASASININ DAŞDIĞINI elan etmişdi.

Elə bunun da nəticəsi idi ki, prezidentin çıxışına dərhal adekvat reaksiya verənlər tapıldı. Məsələn, İqtisadiyyat və Sənaye Nazirliyi bəlkə də İlham Əliyevin məlum xəbərdarlığına ilk reaksiya verən qurum oldu və nazirlik tərəfindən rəsmən bəyan edildi ki, bundan sonra iş adamlarının izafi təftişi prosesi ləğv edilir.

Amma əsas siqnalı qəbul etməli olan qurumlar susdular. Onların başında gələni isə son proseslərdən də aydın olur ki, əslində Milli Təhlükəsizlik Nazirliyi imiş. Və bu gün də CƏZA MAŞINI araşdırmaların yekunu olaraq özünün sərt üzünü göstərəcək.

DİA.AZ bildirir ki, amma dərs almayanlar da var.

Və prezidentin bu sərt tədbirləri əslində həm də onlar üşün dərs olmalıdır. Bu gün bir neçə nazirlik var ki, sahibkarladan aşkar surətdə haqq yığmaqla məşğuldur. Təbii ki, onların adlarını hər kəs bilir. Su pulundan tutmuş, təhlükəsizlik puluna qədər hər bir sahə rüşvət mənbəyinə çevrildiyindən bu gün sahibkarlar özlərini ciddi basqı altında hiss edirlər.

DİA.AZ xatırladır ki, nazirliklərlə yanaşı yerli icra hakimiyyətləri, bələdiyyələr də sahibkarların başı üzərində alternativ QAMÇI rolunu oynayırlar.

Yəqin ki, prezidentin artıq dolmuş səbr kasasının təzahürü olaraq qəbul olunan son olaylar onlar üçün də "gözü çıxmış qardaşın" verdiyi ibrət əhəmiyyətini daşıyacaq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.