Sumqayıtda “onbaşılar” iş başında?

20-10-2015, 13:59           
Sumqayıtda “onbaşılar” iş başında?
Adı daha çox seçkilər zaman eşidilən "onbaşı” qrupları yenidən fəaliyyətdədir. Bu barədə Xeberle.com saytına Sumqayıt şəhəri 3-cü mikrorayon sakinləri məlumat veriblər. Sakinlərdən biri bildirib ki, onun yaşadığı mənzilə iki qadın gəlib: "Evimizə gələn iki xanım əvvəlcə 42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən gəldiklərini və seçkilər üçün əhalini siyahıya almaq istədiklərini bildirdilər. Sözün düzü biz də ailəliklə şəxsiyyət vəsiqələrini verdik. Amma sonra məlum oldu ki, əslində xanımlar Sumqayıt Səhiyyə şöbəsindən göndəriliblər və onlara 10 nəfərin adlarını, şəxsiyyət vəsiqələrinin nömrələrini toplamaq tapşırılıb. Təbii ki, siyahıya yazılmadan vəsiqələri geri aldıq. İsrarlarımızdan sonra Səhiyyədən- iş yerindən göndərildiklərini bildirdilər. Səslər indidən toplanır...”

Seçicicilərin siyahılarını dəqiqləşdirib hazırlamaq Dairə Seçki Komissiyasının işidir. Belə olan halda seçicilərin siyahıları hansı məqsədlə yenidən tutulur?

Məsələyə aydınlıq gətirmək üçün 42 saylı Sumqayıt ikinci seçki dairəsinin sədri Ruslan Hacıyevlə əlaqə saxladıq. Dairə sədri bildirdi ki, məntəqələrdə seçicilərin siyahısı artıq çoxdan hazırlanlb: "Bütün məntəqələrdə seçici siyahıları divardan asılıb. Belə bir şey ola bilməz və olmayıb da. Sizə kim məlumat veribsə yanlış məlumat verib...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru