Nazirin çıxarılması deputatın mandat ümidini qırdı

21-10-2015, 11:28           
Nazirin çıxarılması deputatın mandat ümidini qırdı
Deputat Hacı Salayevin yenidən seçilməsi məsələsi sual altına düşüb. TİA.AZ xəbər verir ki, Eldar Mahmudovun milli təhlükəsizlik nazirinin vəzifədən azad olunması onun mandat şansını azaldıb.

Qaynar.info yazıb ki, deputat Hacı Salayev 2010-cu ilin parlament seçkilərində məhz sabiq milli təhlükəsizlik nazirinin istəyi və dəstəyi ilə mandat qazanıb. İddiaya görə, Hacı Salayevlə Eldar Mahmudovun münasibətləri çoх yaхın olub və o, parlamentdə məhz onun adamı kimi tanınır.

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmiş Hacı Salayev yenidən bu dairədən namizədliyini irəli sürüb. Eldar Mahmudovun ətrafında baş verənlər isə onun yenidən parlamentə düşməsini əngəlləyir. Bütün bunlar onun noyabrın 1-də mandatsız qalacağını deməyə əsas verir.

Qeyd edək ki, bu dairədən hakim Yeni Azərbaycan Partiyasının namizədi Sumqayıt şəhər Telekommunikasiya Qovşağında Marketinq Şöbəsinin müdiri Nurlan Əsgərovdur. Həmçinin dairədən Rəyasət Bağırov (Azadlıq-2015), Niyaməddin Orduхanov (BAXCP), Fizuli Qurbanov (MDHP), Ramil Süleymanov (bitərəf) və Niyazi Talıblı (bitərəf) namizədliyini irəli sürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru