"Uşağımı qəbul edən biri olsa, ərə gedərəm..." - Xərçəngdən ölən rejissorun xanımı

18-08-2017, 13:50           

"Övladımı qəbul edən biri qarşıma çıxsa evlənməyi düşünərəm".

Bu sözləri BiG.AZ-a açıqlamasında xərçəng xəstəliyindən dünyasını dəyişən rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə söyləyib. O bildirib ki, bu haqda mərhum həyat yoldaşı ilə də bir neçə dəfə söhbətləşibmiş:

"Şahindən sonra ailə həyatı qurmağı fikirləşmirdim. Ancaq qismətdir, nə vaxtsa övladımı qəbul edən biri qarşıma çıxsa, evlənməyi düşünərəm. Şahin həmişə məndən soruşardı ki, nə zamansa ölsəm, yenidən ərə gedərsənmi? O, çox qısqanc idi, zarafatca "Rahat öl, səndən sonra həyatımda heç kim olmayacaq" deyərdim, o isə susardı"

S.Zəkizadə maddi vəziyyəti barədə də danışıb. O bildirib ki, he bir yerdən gəliri yoxdur:

"Şahindən sonra ailəmi özüm saxlayıram. Nə dost, nə tanışdan bu barədə köməklik görməmişəm".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru