Günəş sisteminin kəşfində daha bir addım... VİDEO

1-01-2019, 15:31           
Günəş sisteminin kəşfində daha bir addım... VİDEO
ABŞ-ın NASA kosmik agentliyinin hava gəmisi New Horizons (Yeni Üfiqlər) Günəş sisteminin uzaq sərhədlərindəki bir göy cisminə yaxınlaşacaq.

Hər şey planlaşdırıldığı kimi olarsa, kosmik aparat Ultima Thule adı verilən cismin şəkillərini çəkib Yerə göndərəcək.

Yer kürəsinə 6,4 milyard kilometr uzaqda olan Ultima Thule, Kuiper kəməri deyilən bölgədədir.

Bu bölgədə 4,6 milyard il öncə Günəş sisteminin yaranmasından sonra ortaya çıxmış qaya parçaları və kiçik planetlər var.

Layihənin müəllifləri New Horizons-ın tapşırığını "Günəş sisteminin kəşfi yolunda çox böyük daha bir addım" kimi qiymətləndirib.

Kosmik aparatın çəkəcəyi şəkillərin Yerə çatması üçün isə 20 ay vaxt lazımdır.

Layihə müəllifləri deyirlər ki, ilk dəfədir Kuiper qurşağında bir cismə yaxınlaşa və onun nəyə bənzədiyini görə biləcəklər.

bbc












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.