"Plagiatlıq elmimizi çeynəyib" - Ekspert

3-01-2019, 09:50           
"Plagiatlıq elmimizi çeynəyib" - Ekspert
Bizim və bizdən əvvəllki nəsilin indiki uşaqlar və gənclər qarşısında böyük günahları var. Onların idrakının, təfəkkürünün inkişafı üçün onlara heç nə verə bilmədik. Baxıram digər xalqlara: elm sahələri üzrə nə qədər ədəbiyyatlar tərcümə ediblər, kitablar yazıblar. Bizim başımız siyasətə və intriqalara qarışdı. Baxıram: uşaqlar üçün riyaziyyatdan, fizikadan, kimyadan, biologiyadan, informatikadan Olimpiadalara hazırlıq üçün vəsaitlər yox səviyyəsindədir. Onları Beynəlxalq fənn olimpiadalarına hazırlayan müəllimlər də yoxdur. İstedadlılar ölkəni tərk ediblər. Ali məktəblərdə təbiət və texniki elmlərdən yazılan və tərcümə edilən yeni ədəbiyyatlar yox səviyyəsindədir. Dərslik və elmi - populyar əsərlərin yazılmasının çətin olduğunu bilirəm. Ancaq tərcümələr niyə etmirik? Normal dərslik və elmi-populyar ədəbiyyat olmadan biz yaxşı mütəxəssis, vətəndaş hazırlaya bilmərik. Plagiatlıq elmimizi çeynəyib. Görkəmli Riyaziyyatçılar Mirabbas Qasımovun, Arif Babayevin, Məcid Rəsulovun, fiziklər: Abdulla Muxtarovun, Eldar Salayevin, Bəhram Əsgərovun və başqalarının nə məktəbləri, nə də ortaya çıxası dərslikləri olmadı. Belə olan halda çıxış yolumuz qalır dünyada tanınmış alimlərin əsərlərinin tərcüməsinə. Heç olmasa buna başlamaq lazımdır. Gözünüzü açıb, dünya universitetlərinin nəşrlərinə baxın. Hansısa görkəmli əsərin çapında yubanmırlar. Dərhal tərcümə edib tələbə və şagirdlərin ixtiyarına verirlər. Tələbələrə ötən əsrin 80-90-cı illərinin dərslərini keçirik. Təbiət və texniki elmlərdə kitab təqdimatına rast gəlmək mümkün deyil. Ya siyasi ədəbiyyatın, ya da bədii ədəbiyyatın təqdimatlarına rast gəlirik.

P.S. Bizim nəsil Ağ günəmi çıxdı? Bir universitet müəllimimiz bizə demədi ki, hərbi dərs, İngilis dili, Rus dili dərsləri keçirlər, onları öyrənin. Biz o zaman cavan idik, həyatın gərdişlərini anlamırdıq. Bizə bunları da başa salmadılar.

Etibar Əliyev, Təhsil eksperti, fəlsəfə doktoru \\moderator.az\\
0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.