Fuad Abbasovun azad olunması xəbəri təsdiqini tapmır - vəkili "belə bir şey yoxdur", dedi - VIDEO
24-05-2019, 00:38
Sosial şəbəkələrdə və bəzi saytlarda tanınmış jurnalist Fuad Abbasovun azadlığa çıxması xəbəri yayılmaqdadır. Musavat.com bildirir ki, bu məlumatlar təəssüf ki, öz təsdiqini tapmır.
Bildiririk ki, Fuad Abbasovun vəkili, dəyərli soydaşımız Elman Paşayevlə davamlı əlaqədəyik. Bizim üçün Fuad Abbasov barədə ən mötəbər məlumat mənbəyi odur. O, bu gün növbəti dəfə Rusiya həbsxanasındakı jurnalistimizlə görüşüb, bu barədə məlumatları musavat.com -a verib.
Hazırda sosial şəbəkələrdə və bəzi saytlarda Fuad Abbasovun köhnə videolarından parçalar paylaşıb, iddia edirlər ki, jurnalist evindədir.
Vəkil Elman Paşayevə istinadən bildiririk ki, bütün bunlar dezinformasiyadır, Fuad Abbasov hələ də izolyatordadır və onun oradan buraxılması 28 may tarixində gözlənilir.
Fuad Abbasovun "...evidəyəm" dediyi video isə köhnə videodur, konteksdən çıxarılıb və həqiqəti əks etdirmir.
Jurnalistin vəkilinin onunla bugünkü görüşdən sonra eksklüziv olaraq musavat.com-a verdiyi məlumatlar isə aşağıdakı linkdədir:
https://musavat.com/news/fuad-abbasov-qati-cinayetkarlarin-kamerasinda-saxlanilir-vekili-son-melumatlari-acdi_615437.html
P.S. Fuad Abbasovun guya hazırda evində olduğu iddia edilən və bütün ölkəni bu dezinformasiyaya yönəldən videoparçarxın əsli isə bu linkdədir. Tarixə diqqət - 23 fevral!