Avropa avtomobil sənayesində böhran: Mənfəət azalır, zavodlar dayanır

5-05-2025, 17:38           
Avropa avtomobil sənayesində böhran:
Avropa avtomobil sənayesi son onilliklərin ən ciddi böhranlarından birini yaşayır.

"İzvestiya" xəbər verir ki, regionun aparıcı avtomobil konsernləri mənfəətin kəskin azalmasını bəyan edir, kütləvi şəkildə işçi qüvvəsini azaldır və müəssisələri bağlayırlar.

Bunun əsas səbəbləri enerji qiymətlərində kəskin artım, Çin elektromobil istehsalçılarının təzyiqi, başlıca ixrac bazarı olan Çində tələbatın azalması, Avropanın elektromobil istehsalı və satışında asiyalı rəqiblərindən geri qalması, eləcə də strategiyadakı səhvlərdir.

Ötən il BMW 37%, "Volkswagen" 33%, "Mercedes-Benz" 40.5% gəlir azalması nümayiş etdirib. "Volkswagen"in son 5 ildə bazar kapitallaşması demək olar ki, üçdə bir azalıb. "Volkswagen Group"un tərkibinə daxil olan "Audi" 2029-cu ilə qədər 7 500 işçinin ixtisarını planlaşdırır.

2024-cü ildə Avropa bazarında elektromobillərin payı 13.6%-ə enib (əvvəlki ildə 14.6%). Çində isə elektromobillərin bütün satışlarda payı artıq 35%-ə çatıb və bu trend davamlı şəkildə artır.

Avropa brendləri ənənəvi modellərin qiymətlərini artırmaqla itkiləri kompensasiya etməyə çalışırlar, lakin bu yalnız alıcı itkisinin artmasına səbəb olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru