Fevralın 7-də gözlənilən hava şəraiti

6-02-2021, 11:56           
Fevralın 7-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə fevralın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 12-16, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.


Xəbərdarlıq
Fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin axşam şimal-qərb
küləyi ilə əvəz olunacağı, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Fevralın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında çiskinli, yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Xəbərdarlıq
Fevralın 7-dən 8-i səhərədək qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir
23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Fevralın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru